Millət vəkili: "Azərbaycan artıq yeni idarəetmə mərhələsinə qədəm qoyub"
Turan
11:25 14.11.2019
Aktual
670
“Bütün bunlar o, deməkdir ki, Azərbaycan artıq yeni idarəetmə mərhələsinə qədəm qoyub”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, Prezident yeni təyin edilmiş və yerlərini dəyişən icra başçılarını qəbul edərək onlara öz tapşırıq və tövsiyələrini verdi:
“Bu tövsiyələrlə cənab İlham Əliyev həmin icra başçılarının simasında bütün məmurlara və digər icra başçılarına mesajlar göndərdi. Ölkə başçısı rüşvətxorluğa, korrupsiyaya yol verməmək, daim insanların arasında olmaq, vətəndaşları düşündürən və narahat edən məsələləri vaxtında öyrənib həll yollarını tapmaq, yeri gələrsə, daha yuxarı mərkəzi icra orqanlarına yönləndirmək tapşırıqları verdi. Həmçinin, regionlara böyük investisiyalar cəlb etmək və sahibkarlığın inkişafına dəstəyi təmin etmək kimi önəmli məqamlara diqqət çəkdi. Ölkəmiz artıq yeni idarəetmə mərhələsinə qədəm qoyub. Bu mərhələdə vətəndaş məmnuniyyəti hər şeydən üstündür”.
Parlament üzvü bəyan edib ki, Prezidentin bir nömrəli tapşırığı vətəndaş məmnunluğunun təmin edilməsidir:
“Yəni, burada artıq vətəndaş-məmur münasibətlərində yeni yanaşmanın ortaya qoyulması birinci yerdə dayanır. Bütün bunlar ölkədə baş vermiş neqativ hallara son qoyacaq. Hər kəs icra başçılarına göndərilən mesajdan nəticə çıxaracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm