Mina xəritələrinə ehtiyac qalmır:“İşimizi özümüz görməliyik” 

Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunan razılığa əsasən  Qarabağa aid minalı ərazilərin xəritəsi bizə verilməli idi. Bu proses bir müddət baş tutdu. Sonradan isə sənədlərin saxta olduğu ortaya çıxdı. Bu isə o deməkdir ki, razılıq icra edilmir və Qarabağda hələ də xeyli mina var. Elə isə məsələ həllini necə tapmalıdır?

 Bu barədə fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Fazil Mustafa söyləyib ki, öz işimizi özümüz görməliyik:

“Məlum olduğu kimi, xəritələr reallığı əks etdirmirdi. Yəni erməni xisləti yenə də özünü göstərdi. Deməli, işin arxasınca düşməyə, hansısa xəritə tələb etməyə dəyməz. Sülhməramlıların yeni komandanı isə sadəcə icraçıdır. Ondan da müsbət addım, qərar gözləmək yanlışdır. Torpaqlarımızı minalardan özümüz təmizləməliyik, vəssalam”.