Mirzə Cəlilin ev muzeyinin təmirdən sonra açılışı olub
07:55 18.11.2019
Aktual
577
Yazıçı - dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib. Oxu.Az-ın məlumatına görə, tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədir Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Milli Məclisin deputatları iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, təmirdən sonra ev muzeyində yeni ekspozisiyalar açılıb:
“Bu gün çox gözəl gündür. Çünki bu gün Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edirik və ədibin nəslinin davamçıları da bizimlə birlikdədir. Ev muzeyində yeni ekspozisiya açılır.
Cəlil Məmmədquluzadənin ev muzeyinin böyük xidmətlərindən biri də o olacaq ki, biz ədibin irsi ilə yenidən tanış olacağıq. Ümid edirəm ki, muzey ədibin irsinin zənginləşdirilməsində böyük rol oynayacaq”.
AYB sədri bildirib ki, bu gün də Azərbaycan yazıçıları Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhrələnir:
“Mən hər dəfə bu muzeyə gələndə həm fəxarət hissi keçirirəm, həm də kövrəlirəm. Çünki Cəlil Məmmədquluzadənin ömrünün sonuna kimi bu evdə ağır şəraitdə yaşayıb. O, bu evdə öz balalarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb, evi isidirmiş. Bu gün də o ocağın istisi bizi isidir”.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, 68 illik fasilədən sonra C.Məmmədquluzadənin nəslinin nümayəndələri ilk dəfə Azərbaycana gəlib:
“Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və oğlu hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə ən böyük əsərlərini yazıb.
Bu evin ona verilməsində Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də ona bir il ərzində lazımı diqqət yetirilməyib. Bu evin birinci mərtəbəsi “Molla Nəsrəddin” mətbəəsi, ikinci mərtəbəsi isə evi olub. Buraya Azərbaycanın görkəmli yazıçıları onunla görüşə gəlib”.
Martin Cavanşiri çıxış edərək, ev muzeyinin açılışında göstərilən diqqətə görə təşəkkürünü bildirib:
“Mən təsəvvür etməzdim ki, Cəlil Məmmədquluzadəyə Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq”.
Qeyd edək ki, ev muzeyi Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yerləşir. Ev muzeyinin təmirinə 2018-ci ilin may ayından başlanılmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə