Moskvadakı "Bakı" kinoteatrının binası yenidən qurulacaq
15:35 04.11.2019
Aktual
407
Rusiyanın paytaxtı Moskvadakı "Bakı" kinoteatrının yenidən qurulacaq binasının görüntüsü yayılıb. APA -nın Moskva müxbirinin xəbərinə görə, artıq bir neçə gündür söküntüsünə başlanılan, Usiyeviça küçəsi 12/14 ünvanında yerləşən “Bakı” kinoteatrının yenidən qurulması işləri davam edir.
“Bakı” kinoteatrının yenidən qurulacaq binasının müasir görüntüsü Moskva hökumətinin şəhər tikinti siyasəti kompleksinin saytında yerləşdirilib.
"Edisonenerqo" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma işlərinin 2020-ci ilin üçüncü kvartalında başa çatması planlaşdırılır.
“Bakı” kinoteatrının yerində eyni adlı Çoxfunksiyalı İctimai Mərkəz tikiləcək. Mərkəzin beş mərtəbəsi yerin üstündə, iki mərtəbəsi isə yerin altında olacaq.
Mərkəzin 2000 kvadrat metrində yenidən "Bakı" kinoteatrı fəaliyyət göstərəcək.
Müasir “Bakı” kinoteatrı beş zaldan ibarət olacaq. Bundan başqa, bu məkanda Azərbaycan mədəniyyət mərkəzinin açılacağı da planlaşdırılır.
Qeyd edək ki, Moskvadakı “Bakı” kinoteatrı 1974-cü ildə memarlar İ. Volkov, E. Smolina və L. Fadeyevanın layihəsi əsasında tikilib. Binanın tikilməsində ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Kinoteatrda 600, 70 və 60 nəfərlik üç zal olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət