Nazir azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər... -VİDEO
Nazir azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər... -VİDEO
Yusif Nəzərli
06:23 08.04.2023
Aktual
383
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastruktur qurulur. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri ilk olaraq yeni istifadəyə verilmiş texniki-təmir məntəqəsində görülən işlərlə tanış olub.
Məruzə edilib ki, texniki-təmir məntəqəsində avtomobil, zirehli texnika, eləcə də raket-artilleriya silahlarının cari və orta təmirinin aparılması üçün bütün imkanlar yaradılıb. Məntəqədə ehtiyat hissələrin saxlanılma anbarı da mövcuddur.
Sonra rəhbər heyət Birləşmiş Anbarlar Mərkəzində və yeni istifadəyə verilən Raket-Artilleriya Silahları anbarında olub.
Yaradılan infrastrukturla tanış olan müdafiə nazirinə Azərbaycan Ordusunun müvafiq istiqamətdə dislokasiya olunan bölmələrini silah və döyüş sursatı ilə fasiləsiz təmin etmək üçün anbarda bütün növ şəraitin yaradıldığı barədə məlumat verilib.
Bildirilib ki, yeni istifadəyə verilən anbarda silah və döyüş sursatının müxtəlif iqlim şəraitində uzun müddətli saxlanılması zamanı keyfiyyətinin qorunması üçün müasir standartlara cavab verən şərait mövcuddur.
Birləşmiş Anbarlar Mərkəzinin və yeni istifadəyə verilən hərbi infrastrukturun imkanları ilə tanış olan müdafiə naziri xüsusilə sərt iqlim və kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin fasiləsiz təminatı, o cümlədən bütün növ təminat vasitələrinin - ərzaq, əşya-əmlak, yanacaq, silah-sursat, döyüş texnikasının ehtiyat hissələrinin və digər əmlakın qorunub-saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə