Niyə Türkiyə olmasın?
Turan
03:38 21.05.2021
Aktual
766
Azərbaycan Rusiyanın vasitəçiliyindən imtina etməlidir
"Məqsəd hansı yolla olur-olsun, Kremli prosesə cəlb etmək və bununla İrəvanın mövqeyini gücləndirməkdir"
Ötən gün Rusiya və Azərbaycan prezidentləri Ermənistanla sərhəddə baş vermiş insidenti müzakirə ediblər. Dövlət başçıları bölgədə təhlükəsizliyin təmin olunmasına dair praktiki məsələlərin həllinə xüsusi diqqət yetiriblər. Vurğulanıb ki, ümumi qərar nizamlanmanın yalnız siyasi və diplomatik üsullarla həyata keçirilməsidir:
“Rusiya tərəfi vasitəçilik səylərini davam etdirəcək və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə tərəflər arasında razılığın əldə olunmasına yönəlmiş danışıqlarda məsləhətçi qismində yardım göstərəcək”. Rusiya Prezidenti Vladimir Putin elə həmin gün Nikol Paşinyana da zəng vuraraq sərhəd məsələsinin müzakirəsini aparıb. Qeyd edək ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib. Nazir vurğulayıb ki, Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər. Paşinyan isə Rusiyanın təklifini yersiz hesab edib. Onun sözlərinə görə, sərhəddəki vəziyyətin çətinləşməsi fonunda demarkasiya haqqında danışıqlar mənasızdır. Ekspertlərin fikrincə, Putinin eyni gündə həm dövlət başçısı İlham Əliyevlə, həm də Paşinyanla danışması“vasitəçiliyin” qeyri-rəsmi formada elanıdır. Kreml rəhbərinin Bakı və İrəvana zəngi bölgədə “hakim” missiyasının yalnız Rusiyaya məxsus olduğunu çatdırmaqdır.
AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə bildirib ki, Rusiya sərhəd məsələsində fürsətçiliklə məşğuldur. Partiya rəhbərinin sözlərinə görə, Moskva Azərbaycan-Ermənistan arasındakı istənilən qarşıdurmadan, fikir ayrılığından yararlanmağa cəhd edir:
“Rusiya insidentlərdən faydalanaraq Ermənistanda daha dərindən kök salmaq, Azərbaycana isə təsir imkanlarını artırmaq niyyəti güdür. Rəsmi Bakı Rusiyanın “xidmətlərindən” maksimum yayınmağa çalışmalıdır. Əgər ortada problem varsa, tərəflər öz gücləri hesabına həll etməlidir. Başa düşürük ki, Ermənistan çıxılmaz vəziyyətdə qalan kimi ilk üz tutduğu məkan Rusiyadır. Məqsəd hansı yolla olur-olsun, Kremli prosesə cəlb etmək və bununla İrəvanın mövqeyini gücləndirməkdir. Onda biz də bu cür konfliktlər olanda Rusiyaya alternativ güc kimi Türkiyəni prosesə cəlb edək. Niyə Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunması məsələsində vasitəçi Türkiyə olmasın?! Niyə belə məqamlarda tərəflərə zəng edən Rəcəb Tayyib Ərdoğan olmasın? Mən ümumiyyətlə, ən azı belə məsələlərdə Azərbaycanın Rusiyanın vasitəçiliyindən imtina etməsinin tərəfdarıyam”.
T.Abbaslı 10 noyabr Bəyannaməsinin qarantoru kimi çıxış edən Rusiyanın bu vəzifənin öhdəsindən gələ bilmədiyini düşünür:
“Bir çox məsələlər hələ də yarımçıq qalmaqdadır. Kreml sözünə sadiq deyil və öz imzasına hörmət etmir. Sərhəd məsələsində də Rusiyanın obyektiv mövqe tutacağını gözləmək əbəsdir. Azərbaycan öz problemlərini təkbaşına həll edəcək gücdədir. Əgər proseslərdə mütləq üçüncü tərəfin iştirakı şərtdirsə, üçüncü tərəfin Türkiyə olmasını təmin etməliyik. Bu və ya digər formada ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda yenidən xortlamasına imkan verilməməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hər nəfəs bir barmaq izi kimidir - Araşdırma
09:54 21.06.2026
Sağlamlıq
“Ənənəvi ata modeli dəyişir” - Yazıçı
09:39 21.06.2026
Cəmiyyət
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - Rəsmi
09:22 21.06.2026
Hərbi
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya