"Oğurlanan 15 yaşlı uşağın zirzəmidə saxlanması yalandır"- RƏSMİ
14:43 04.11.2019
Aktual
392
Bakı şəhərində naməlum şəxslərin azyaşlını oğrulayıb saxlaması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 12-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan A.Qarayeva Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, övladı, 5 yaşlı Mehdixan Məmmədov xəbərsiz yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Faktla bağlı azyaşlının yerinin müəyyən edilməsi, həmçinin hadisənin tam və hərtərəfli araşdırılması məqsədi ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyati üzrə Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Oktyabrın 30-da azyaşlının valideyni övladının qayıtması ilə polisi məlumatlandırmaqla, övladının oğurlanaraq zirzəmidə saxlanıldığını bildirib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış, istintaq tədbirləri ilə M.Məmmədovun ailə üzvlərinə oğurlaması ilə bağlı dedikləri yoxlanılmaqla iddalar təsdiqini tapmayıb. Polis və prokurorluq orqanı əməkdaşlarının azyaşlı ilə apardıqları söhbətlər zamanı müəyyən olunub ki, azyaşlı istintaqa ilkin ifadəsində ailəsindən xəbərsiz yaşadığı evdən öz istəyi ilə qaçaraq, bu müddətdə avtoyuma məntəqəsində işləyib, parklarda gecələyib. Lakin oktyabrın 30-da havaların soyuması səbəbindən yaşadığı ünvana qayıdaraq, valideynlərinin onu incidəcəyindən ehtiyatlandığından oğurlanaraq zirzəmidə saxlandığını bildirib.
Azyaşlının ilkin ifadəsi zamanı ünvanları göstərdiyi avtoyuma məntəqəsinə baxış keçirilib, müvafiq istinaq hərəkətləri həyata keçirilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət