Ombudsman ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab verib
Yusif Nəzərli
16:30 26.01.2022
Aktual
734
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Azərbaycanın sədrliyi ilə keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda Ermənistan nümayəndə heyətinin üzvünün əsassız arqumentlərinə tutarlı cavab verib.
"Report" xəbər verir ki, Səbinə Əliyeva bütün beynəlxalq humanitar hüquq normaları və insan hüquqlarına zidd şəkildə Ermənistanın qəsdən qadağan olunmuş “SCUD”, “Smerç”, “İsgəndər-M” və digər ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə mülki əhalinin sıx yaşadığı şəhər və rayonları intensiv şəkildə bombardmana məruz qoyduğunu, nəticədə mülki şəxslər arasında ölüm və yaralanma hallarının, habelə kütləvi dağıntıların baş verdiyini bildirib.
Ombudsman müharibə zamanı və sonrakı dövrlərdə müharibədən zərər çəkmiş ərazilərə baş çəkərək, Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin nəticələri ilə yerində tanış olduğunu, bu cinayətlərin qurbanları ilə görüşdüyünü, beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının bilavasitə şahidi olduğunu vurğulayıb.
O, habelə Ermənistanın 1992-ci ilin 26 fevral tarixində mülki şəxslərə qarşı insanlıq tarixində misli görünməmiş Xocalı soyqırımını törətdiyini, nəticədə çox sayda mülki şəxslərin, o cümlədən qadın, uşaq və qocaların amansızcasına etnik zəmində qətlə yetirildiyini Forum iştirakçılarının diqqətinə çatdırıb.
Ombudsmanın müharibə dövründə erməni hərbi əsirlərə baş çəkərək onların saxlanma şəraiti ilə tanış olduğu, fərdi qaydada qəbul etdiyi, müraciətlərini dinlədiyi, onların ailə üzvləri ilə həm telefon, həm də məktub vasitəsi ilə əlaqə saxlamalarına yardım edildiyi, öz dillərində hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktlarının təqdim olunduğu, lakin Ermənistan Ombudsmanının Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir və girovların vəziyyətləri ilə bir dəfə də olsun maraqlanmadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Ombudsman Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi ilə bağlı indiyədək onların ailə üzvlərinə məlumat verilməməsinin beynəlxalq humanitar hüquq normalarına zidd olduğunu, bununla Ermənistan tərəfinin ailə həyatına hörmət hüququnun, habelə münaqişə tərəflərinin itkin düşmüş şəxslərin axtarışı, onlarla bağlı məlumatların mübadiləsi sahəsində əməkdaşlıq etmək öhdəliyini pozduğunu qeyd edib.
S.Əliyeva Ermənistanın 30 il ərzində işğal altında saxlanılmış Azərbaycan torpaqlarında kütləvi şəkildə minalama prosesi həyata keçirdiyini, Ermənistan tərəfinin hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırmasının beynəlxalq humanitar hüquq pozuntusu olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə