Onlar üzr istəməsələr, Azərbaycana buraxılmayacaqlar
11:36 27.02.2020
Aktual
524
İşğal altındakı ərazilərə qanunsuz səfərlərlə bağlı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına 900-dan çox adamın adı salınıb. Oxu.Az-ın məlumatına görə, hazırda 936 şəxsin adı rəsmi Bakının “qara siyahı”sındadır.
Onların içərisində deputatlar, siyasətçilər, musiqiçilər, jurnalistlər və başqaları var.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “qara siyahı”sına düşən şəxslərin adlarını həmin sənəddən çıxarmaq ənənəsi də var.
Amma bunun üçün şərt mövcuddur. Belə ki, işğal altındakı Qarabağa qanunsuz səfər edənlər Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmətini bəyan etməlidir.
Həmçinin, işğal edilmiş ərazilərə sözügedən səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirməlidirlər.
Ardınca isə adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə müraciət ünvanlamalıdırlar.
Bundan sonra XİN müvafiq qərar qəbul edir.
Rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərinə edilən səfərlər cinayət sayılır.
Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət