Paytaxtda növbəti söküntü yenə də sakinləri narazı salıb
Yusif Nəzərli
13:30 12.04.2024
Aktual
539
Bir neçə sakin mənzilini tərk etmək istəmir və evlərindən çıxmırlar
Paytaxtda aparılan növbəti söküntü yenə də sakinləri narazı salıb. Nəsimi rayonu ərazisində söküntü işlərindən narazı qalan sakinlər mənzillərinə görə onlara təklif olunan kompensasiyanın məbləği ilə razılaşmırlar. Bir neçə sakin mənzilini tərk etmək istəmir və evlərindən çıxmırlar. Verilən məlumata görə ərazidə sökülən köhnə evlərin yerində yaşayış binaları və məktəb tikiləcək. Ərazidə söküntü işləri aparılır, bir neçə sakin isə evini tərk etməyib.
Söküntü işləri aparan MTK rəhbərliyi isə söküntü və tikinti işlərinin Nazirlər Kabinetinin sərəncamı ilə aparıldığını bildirib. Maraqlıdır, görəsən, NK tərəfindən sərəncam imzalamadan öncə sakinlərlə danışıqlar aparılırmı, onların istəkləri nəzərə alınırmı, ödəniləcək kompensasiyanın məbləği razılaşdırılırmı?
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında paytaxtda aparılan söküntü işlərinin müxtəlif istiqamətli olduğunu dedi:
- Elə söküntü işləri var ki, onlar dövlət sifarişi əsasında həyata keçirilir. Bu zaman dövlət tərəfindən təhkim edilmiş şəxs – məmur vətəndaşlarla söhbət aparır, ümumi razılıq əldə edildikdən sonra işə başlanır. Paytaxtda qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin ümumi memarlığına xələl gətirən binalar var. Əlbəttə, daha yaxşı olar ki bu binaların əvəzinə yeniləri tikilsin və vətəndaşlar da yeni, təhlükəsiz, abad mənzillərlə təmin edilsinlər. Lakin hər bir halda vətəndaş məmnunluğu təmin edilməlidir. Paytaxtda icrası aparılan və ya icrasını gözləyən pilot layihələr var, onlar dövlət səviyyəsində qəbul edilmiş proqram çərçivəsində icra olunur. Burada məqsəd şəhərin abadlaşması, müasir standartlara cavab verən binaların tikintisi və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsidir. Pilot layihələri həyata keçirən şirkətlər üçün güzəştlər tətbiq edilir. Amma tikinti şirkətləri də güzəştlərdən sui-istifadə etməməlidir. Sakinlərlə tikinti şirkətlər arasında yaranan narazılığın əsasında hərislik, məsulyyətsizlik də dayanır. Söküntü, köçürmə aparılarkən müəyyən məsələlər nəzərə alınmalıdır. Şəhərin mərkəzindəki mənzillərin dəyəri ilə şəhərətrafındakı mənzilərin qiyməti eyni deyil. Tikinti şirkəti bunu nəzərə almalı və mənzilin kvardatına görə dəyəri bazar qiymətinə uyğun hesablanmalıdır. Bəzən mərkəzdə yaşayan sakinə mənzlinə görə az məbləğ təklif olunur. Bu məbləğlə o, mərkəzdə mənzil ala bilməz. Ona görə də sakinlər narazılıq edirlər. Şirkət rəhbərliyinin hərisliyi, özbaşınalığı sakinləri layihədən, dövlətdən narazı salır. Vətəndaşlar da məsuliyyətli olmalıdır və bazar qiymətindən artıq tələb etməməlidirlər. Kompensasiya ödənilməsində müəyyən normalar sözsüz ki var. Bakının Nərimanov, Nəsimi, Yasamal rayonları şəhərin mərkəzi sayılır. Bu ərazilərdə söküntü və köçürmə işləri zamanı bazar qiymətləri nəzərə alınmalıdır. Biz daim bunu təklif edirik ki, söküntü işləri aparılarkən başa-baş dəyişmə üsulu tətəbiq edilsin. Mənzil əvəzinə mənzil təklif edilsin. Əvvəlki əraziyə yaxın yerdə. Əgər sökülən evlərin yerində yaşayış binası tikilmirsə, sakinlər yaxın ərazilərdə mənzllərlə təmin edilməlidir. Yox, əgər yeni yaşayış binası tikilirsə, sakinlərə həmin binada mənzil tıklif edilməli, yaxud da, sakinin mənzili bazar qiymətinə uyğun hesablanmalıdır. İstənilən halda sakinlərin mülkiyyət hüququ toxunulmazdır və sakinlərlə razılıq əldə edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:52 21.10.2026
Hadisə
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
10:50 21.10.2026
Hadisə
Lənət davam edir: 42 yaşlı nəvəsi də öldü
10:33 21.10.2026
Hadisə
Ebola bu ölkəyə də sıçradı
10:24 21.10.2026
Dünya
“Borussiya”nın futbolçusu: Daha çox qol vurmalı idik
09:53 21.10.2026
Futbol
Ukrayna müharibədə ən dəyərli şeyi itirir - Zelenski
09:45 21.10.2026
Dünya