Prezident: "Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir"
06:19 14.11.2019
Aktual
532
"Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır".
Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən deyib.
Ölkə başçısı bildirib: "Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri – Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş Naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm