"Prezident seçkilərində qələbə İlham Əliyevin haqqıdır"- Partiya sədri
Yusif Nəzərli
07:46 12.01.2024
Aktual
562
Azərbaycan tarixinin ən mühüm hadisələrinin əsas memarı bundan sonrakı uğurlarımızda da birinci şəxs kimi iştirak etməlidir
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb. Ölkə başçısı bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir. Dövlət başçısı digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”. Heç şübhəsiz, 2024-cü il fevralın 7-nə növbədənkənar seçkilərin elan edilməsi Prezidentin konstitusion formada təsbit olunmuş müstəsna səlahiyyəti olmaqla yanaşı, hüquqi baxımdan mübahisə doğurmayan prosedurdur. Növbədənkənar seçkilərin zərurətinə gəlincə, aydındır ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın işğal və təcavüzünə, habelə separatizmə son qoyulması həm ölkəmizdə, həm də bütövlükdə regionda yeni reallıq yaratdı. Bəllidir ki, Zəfərimizdən doğan yeni reallığın tələbləri ilə ötən dövrün tələbləri heç də bütün hallarda üst-üstə düşmür. Dövlət başçısının da vurğuladığı kimi, hədəflərimiz 3 il əvvəlkilərdən fərqlənir.
Politoloq Abutalıb Səmədov "Şərq"ə açıqlamasında bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycan hakimiyyəti 30 ildən artıq davam edən separatizmə son nöqtəni qoydu. Ekspert bəyan edib ki, tariximizin ən mühüm yeni mərhələsi başlandı: "Azərbaycanda separatizmin kökü kəsildi, separatizm ocağı söndü. Azərbaycan öz suverenliyini ilk dəfə bütün əraziləri üzərində reallaşdıra bildi. Bununla da, tarixində ilk dəfə bütün Azərbaycanı əhatə edəcək seçkilər keçirmək imkanı əldə etdi. Məhz bu məqama xüsusi qiymət verən cənab Prezident bütün ərazimizdə keçiriləcək ilk seçkinin prezident seçkisi olmasını zəruri saydığını dedi. Azərbaycan Prezidenti tariximizin böyük faciəli mərhələsinin bağlanmasında müstəsna rol oynadı. Bu səbəbdən müstəqil Azərbaycanın bütün ərazisində keçirilən ilk seçkilər təbii ki, prezident seçkiləri olmalıdır. Yeni dövrün başlanğıcını qoymaq imkanı da faciələrlə dolu əvvəlki dövrü bağlayan Prezidentin səlahiyyətidir".
A.Səmədov xatırladıb ki, 2018-ci il seçkilərində ölkə başçısı İlham Əliyev elan etmişdi ki, onun əsas hədəfi islahatları dərinləşdirməkdir. Ancaq buna müəyyən məsələlər imkan vermədi: "44 günlük müharibə, əlavə problemlərin həlli, nəhayət, antiterror əməliyyatı artıq islahatları dərinləşdirmək və yeni mərhələnin qapılarını taybatay açmaq imkanı yaratdı. Hesab edirəm, bu imkan İlham Əliyevə verilməlidir və əminəm ki, xalqımız da bu imkanı ona verəcək. Çünki bu, onun haqqıdır. Azərbaycan tarixinin ən mühüm hadisələrinin əsas memarı bundan sonrakı uğurlarımızda da birinci şəxs kimi iştirak etməlidir. Xalqımız bu səlahiyyəti yenidən İlham Əliyevə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya