Prezidentin əsas prioritetlərindən biri yenə ordu quruculuğu olacaq
08:43 25.07.2021
Aktual
678
"Azərbaycan ordusu son illərdə həm kadr potensialı, həm də müdafiə sənayesinin zənginləşdirilməsi baxımından yüksək səviyyəyə çatıb".
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Tural İsmayılov deyib. O vurğulayıb ki, orduda peşəkar zabitlərin hazırlanması məqsədilə Azərbaycanın bir sıra dövlətlərlə müqavilələri mövcuddur:
Azərbaycan ordusunun zabit heyəti Türkiyədə, Çində və Rusiyada dünyanın bir çox ölkələrində peşəkar təlimlərdə və kurslarda iştirak edirlər. Sonuncu olaraq isə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın siyasi iradəsi nəticəsində ordumuzun qazandığı şanlı qələbə Azərbaycan ordusunun nüfuzunu və reytinqini daha da yüksəltdi. Demək olar ki, hər həftə dünyanın məşhur hərbi və siyasi analitik portallarında və dərgilərində Azərbaycan ordusunun döyüş taktikası ilə bağlı materialların verilir. Bu da ordumuzun reytinqinin daha da yüksəlməsinə səbəb olub. Bu baxımdan "Global Fire Power Index"in apardığı araşdırmada Azərbaycan ordusunun dünyanın 140 ölkə arasında 64-cü yerdə qərarlaşması çox önəmli statistik göstəricilərdən biridir".
T. İsmayılov qeyd edib ki, Azərbaycanda hal-hazırda da ordu quruculuğu prosesi davam edir:
"Cənab prezident yeni qərargah rəisi təyin edib. Eyni zamanda Müdafiə Nazirliyində yeni təyinatlar həyata keçirdi. Gələcəkdə Azərbaycanın Türkiyə ilə hərbi sahədə ortaqlığı və mütəffiqliyi daha da dərinləşəcək. Və Azərbaycan NATO standartlarında ordu quruculuğu prosesində mühüm irəliləyişə nail olacaq. Bütün bunlardan sonra Azərbaycanın dünya indekslərində və sıralamalarında mövqeyinin daha da yüksələcəyini düşünürəm. Ümumilikdə qeyd edək ki, cənab prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Azərbaycanda ordu quruculuğu dövlətin əsas prioritet sahələrindən biri olub. Bu günləri də ordu quruculuğu ölkəmizin prioritet sahəsidir və bu formada da davam edəcək. Düşünürəm ki, Azərbaycan ordusu ilə bağlı açıqlanan hesabatlar və reytinqlərdə yaxın bir il ərzində ordumuzun mövqeləri daha da möhkəmlənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm