Putin Allahşükür Paşazadəni təbrik etdi
19:29 14.11.2019
Aktual
558
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə uzun illərdir Qafqaz regionunda sülhün bərqərar olunması naminə çalışması ilə Azərbaycanda da, xarici ölkələrdə də böyük nüfuz qazanıb.
Bu barədə Şeyxülislamın 70 yaşının tamam olması münasibətilə Rusiya prezidenti Vladimir Putinin təbrik məktubunda qeyd olunur.
Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitində Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Üməxanov tərəfindən səsləndirilən məktubda Şeyxülislamın iki ölkənin tarixi dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada söykənən münasibətlərinin inkişafına, həmçinin QMİ ilə Rusiyanın mərkəzi müsəlman qurumları və Rus Ortodoks Kilsəsi arasında səmərəli əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi töhfələr də diqqətə çatdırılır.
Bununla yanaşı, Rusiya prezidentinin Şeyxülislam Allahşükür Paşazadəni “Cəmiyyətdə əxlaqın və dözümlülüyün artmasına, xalqlar arasında mədəni və dini sahədə etimad ab-havasının bərqərar olunmasına yönələn ictimai fəaliyyəti”nə görə təltif etdiyi “Xeyirxahlığa görə” fərqləndirmə nişanı sammitdə İ.Üməxanov tərəfindən təqdim edilib.
Qeyd edək ki, Dünya dini liderlərinin II Bakı Sammitində 70 ölkənin nüfuzlu ruhaniləri, ictimai və siyasi xadimləri iştirak edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm