
Rus sülhməramlıların vaxtı getdikcə daralır -Rəy
Yusif Nəzərli
10:16 14.01.2024
Aktual
706
Gərəksiz qoşunlar Qarabağdan vaxtından əvvəl də çıxarıla bilər
“Onsuz da bəyanata imza atan hər üç dövlətin siyasi rəhbərliyi Rusiya kontingentinin orada qalmasının əhəmiyyətsiz olduğunu müxtəlif formalarla bəyan edib”
Qarabağa yerləşdirilən Rusiya sülhməramlı kontingentinin regionda fəaliyyəti üçün heç bir əsas qalmayıb. İndi regionda nə münaqişə, nə hərbi insidentlər, nə də separatçılıq var.
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsibən sonra isə bu məsələyə xüsusi diqqət yönəlib. Prezidentin müsahibə zamanı İkinci Qarabağ müharibəsini yekunlaşdıran 10 noyabr tarixinə “10 noyabr hadisəsi də bir dövr idi” deməsi iki məqamı açıqlayıb.
İ.Əliyev çıxışı zamanı feilin keçmiş zamanından istifadə etdi. Bu, müharibəni bitirən 10 Noyabr Bəyanatının bir çox müddəasının Azərbaycan tərəfindən icra edilməsi fonunda onların qüvvədən düşməsini təsvir edir.
Ekspertlərin fikrincə, Rusiya ilə sülhməramlıların çıxarılmasını özündə ehtiva edən cədvəlin hazırlanması üçün müzakirələr başlanıla bilər.
Qeyd edək ki, Rusiya sülhməramlıları Qarabağdakı 18 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməkdə davam edir.
Maraqlıdır, müəyyən olunmuş vaxtdan əvvəl Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması nə dərəcədə realdır?
O da nəzərə alınmalıdır ki, Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddətinin sonuna hələ xeyli vaxt olduğundan, onun öncədən və ya vaxtından əvvəl çıxarılmasının gündəmə gətirilməsi Rusiyanın regionda qalması üçün əsaslar yaratmağını sürətləndirə bilər.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə “Sherg.az”a açıqlamasında deyib ki, 10 noyabr 2020-ci il Moskva bəyanatına əsasən rus sülhməramlılarının Azərbaycanda, regionda qalma müddəti 2025-ci ilə qədərdir:
“Əslində, razılaşma müddətinin sonuna hələ 2 il zaman olduğundan və sülhməramlıların qalma müddətini uzatma və ya çıxarılması məsələsi barədə 6 ay öncəsi razılaşdırılması barədə qeyd olunduğundan, 2025-ci ilin may ayına qədər bu məsələnin gündəmə gətirilməsi düzgün deyil. Moskva bəyanatına əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə bu ərazidə qalmalıdır. Lakin elə bir tarixi şərait yaranıb ki, rus sülhməramlılarının mühafizə edəcəyi heç nə yoxdur. Hərbi insidentlər zamanı belə sülhə xidmət etməyən rus sülhməramlıları azərbaycanlı – erməni icmasının birgə yaşaması üçün də heç bir tədbir görmədilər. Separatçılara silah daşımaqla məşğul olan sülhməramlıların ərazilərimizdə qalması bizim üçün ürəkaçan deyil. Amma qeyd etdiyim kimi, üçtərəfli bəyanat hələ də qüvvədədir. 2025-ci ilin may ayının 10-na qədər Azərbaycan tərəfi bu məsələyə münasibət bildirməlidir. Əgər tərəflərdən biri sülhməramlıların qalmasına etiraz etsə, onların bölgədə saxlanılması qeyri-mümkün olacaq. Şübhəsiz ki, Azərbaycan tərəfi “yox” deyəcək”.

Ç.Qənizadənin sözlərinə görə, onların vaxtından əvvəl də çıxarılması mümkündür:
“Bəyanata imza atan hər üç dövlətin siyasi rəhbərliyi Rusiya kontingentinin orada qalmasının əhəmiyyətsiz olduğunu müxtəlif formalarla bəyan edib. Qarabağda qalan 5-10 erməninin təhlükəsizliyi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ən yüksək səviyyədə təmin edilir. Rusiya və Azərbaycan prezidenti arasında aparılan danışıqlar formatında da onların bölgədən çıxarılmasını təmin etmək olar. Burada hüquqa zidd heç bir hal yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol