
Rusiyada 200 minə yaxın azərbaycanlını nə gözləyir? -ŞƏRH
Rusiyada 200 minə yaxın azərbaycanlını nə gözləyir? -ŞƏRH
08:19 03.04.2024
Aktual
710
Əziyyət çəkən təbəqə məhz əməkçi miqrantlar olacaq
Miqrasiya qanunvericiliyinə təklif edilən dəyişikliklər qüvvəyə mindikdən sonra, bu, soydaşlarımıza da mənfi təsir göstərəcək
Rusiyada əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qalması şərtləri sərtləşdirilir. Rusiya Daxili İşlər Nazirliyi “Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyaya girişi və Rusiyadan çıxışı, habelə onların Rusiyanın ərazisində qalması şərtləri və yaşayış yeri haqqında” federal qanun layihəsini ölkə hökumətinə təqdim edib. Qanun layihəsi əcnəbi vətəndaşların Rusiyaya girişi və burada qalmasına nəzarətin müasir vasitə və üsullarından istifadə etməklə həyata keçirilməsi üçün hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Rusiya artıq bir neçə vaxtdır, miqrasiya qanunvericiliyinin təkmilləşməsi ilə bağlı bu və ya digər yeniliklər barədə məlumatları gündəmə gətirir. Səbəb miqrasiya sahəsində nizam-intizama nail olmaqdır. Lakin bu da anti-miqrant ritorikasını gücləndirir, nəticədə yerli əhali ilə miqrantlar arasında münasibətlər gərginləşir, xüsusilə də miqrantların kompakt yaşadığı bölgələrdə. Həmçinin miqrasiya qaydalarının sərtləşməsi Rusiyada əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edir:
- Birmənalı şəkildə deyə bilərik ki, miqrasiya qaydalarının sərtləşməsi əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edəcək, əziyyət çəkən təbəqə məhz əməkçi miqrantlar olacaq. Çünki Rusiya vətəndaşlığı alanlara bu qaydalar şamil edilmir. Qaydaların sərtləşməsi məhz əməkçi miqrantlara hesablanıb.

A.Allahverənov qeyd etdi ki, Rusiya ərazisində qeyri-qanuni yaşayanlar çoxdur. Rusiya hökuməti də zaman-zaman miqrasiya qanunvericiliyini təkmilləşdirmək və sərtləşdirməkdə, miqrantlara, ümumiyyətlə, miqrasiya məsələlərinə dövlət nəzarətinin güclənməsində maraqlıdır:
- Hazırkı vəziyyətdə bu, bir neçə komponentdə özünü göstərir. Təklif olunur ki, əməkçi miqrantlarla müddətli əmək müqaviləsi bağlansın. Əvvəllər qaydalar daha yumşaq idi. Əməkçi miqrantlarla 2 il müddətinə müqavilə bağlanırdı. İndi isə təklif edilir ki, müddətli müqavilələr bağlanmasın. Bu da daha bir mənfi haldır. Başqa tələblər də var, hansı ki əməkçi miqrantların perspektivinə mənfi təsir göstərir. Məsələn, əməkçi miqrantların rus dili və tarix imtahanlarına cəlb edilməsi də mənfi amillərdən biridir. Çünki əməkçi miqrantların böyük hissəsini Orta Asiyadan gələnlər təşkil edir, onlar da rus dilini pis bilirlər. Başqa bir tələb, əməkçi miqrantların peşələrinin, ixtisaslarının çalışdığı sahəyə uyğun olmasıdır. Əgər uyğunluq olmasa, onlar işə alına bilməz. Bu da əməkçi miqrantlara mənfi təsir edəcək.
A.Allahverənov qeyd etdi ki, hazırda Rusiya Federasiyasında təxminən 200 minə yaxın azərbaycanlı əmək fəaliyyəti ilə məşğuldur:
- Soydaşlarımız əsasən ticarət və tikinti sektorunda çalışır. Miqrasiya qanunvericiliyinə təklif edilən dəyişikliklər qüvvəyə mindikdən sonra bu, soydaşlarımıza da mənfi təsir göstərəcək. Bir məsələ də var ki, Rusiyada yaşayıb işləyən soydaşlarımız arasında Rusiya vətəndaşlığı əldə edənlər də var. Əvvəllər belə qanun vardı ki, Rusiya vətəndaşı olan, digər ölkənin vətəndaşı ola bilməz. Azərbaycan vətəndaşı əgər Rusiya vətəndaşlığı əldə etmək istəyirdisə, gərək Azərbaycan vətəndaşlığından imtina edəydi. Amma bu qanun artıq qüvvədən düşüb. İkili vətəndaşlığa icazə var artıq. Miqrantlarla bağlı yeni qaydalar Rusiya vətəndaşlığı olanlara şamil edilməyəcək. Lakin istənilən məhdudiyyət miqrantların hüquqi vəziyyətinə mənfi təsir göstərir, iş yerlərini, qazanclarını itirirlər və öz ölkələrinə qayıtmaq məcburiyyətində qalırlar.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Trampın tarif təzyiqi nəticə verir: Hindistandan ABŞ-a 18 milyard dollarlıq sərmayə
13:55 30.09.2026
Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH
13:15 30.09.2026
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya