Rusiyada “Lotu Quli”nin dəstəsinin üzvü saxlanıldı
10:22 18.11.2019
Aktual
560
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) rəhbərlik etdiyi cinayətkar dəstənin üzvünün saxlanması barədə məlumat yayıb.
APA -nın Moskva müxbirinin yerli mətbuata istinadən verdiyi xəbərə görə, Samara vilayətinin Federal Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nadir Səlifovun rəhbərlik etdiyi mütəşəkkil etnik cinayətkar qrupun üzvü saxlanılıb.
Saxlanılan şəxsin 1962-ci il təvəllüdlü Ukrayna vətəndaşı olduğu və Gürcüstan tərəfindən qətl işinə görə beynəlxalq axtarışa verildiyi bildirilib.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Nadir Səlifov barəsində Cinayət Məcəlləsinin 201.1-ci maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq) ilə cinayət işi başlayıb. İstintaqın məlumatına görə, Nadir Səlifov Rusiyadan kənarda yaşasa da, cinayətkar aləmdəki nüfuzundan istifadə edərək Moskva və Rusiyanın digər regionlarında cinayətkar fəaliyyətlə məşğul olub.
Rusiyadan kənarda gizləndiyi bildirilən Nadir Səlifov 2017-ci ildən beynəlxalq axtarışa verilib və onun barəsində məhkəmə qiyabi həbs qərarı çıxarıb.
Rusiya KİV-in məlumatına görə, Nadir Səlifov sonradan soyadını dəyişdirərək İsmayılov edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial