Sabahın hava proqnozu açıqlandı
14:47 02.11.2019
Aktual
401
Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70%olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-11° isti, təşkil edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya