Sabiq dövlət müşaviri:“İdeoloji işlərdə çatışmazlıqlar var”
Yusif Nəzərli
09:42 04.02.2022
Aktual
790
Ötən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Mövzu ilə bağlı “Sherg.az”a danşan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, bu çox könül bulandıran məsələdir:
“İnsan öz vətəninə sədaqətli olmalıdır, vətənini sevməlidir. Əgər xarici qüvvələrə öz əqidəsini satırsa, pul naminə onlara qulluq etmək istəyirsə, bu biabırçı bir şeydir. Bu həmin şəxsin özünə, eyni zamanda, yaxınlarına ömürlük ləkədir”.
Politoloq bu vəziyyət qarşısında etməli olduqlarımızı açıqlayıb. O, hesab edir ki, ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin təbliğinə ciddi fikir verməliyik:
“Bu işdə kütləvi informasiya vasitələri, xüsusilə də elektron kütləvi informasiya vasitələri önəmli rol oynayır. Biz televiziyaların maarifləndirici, düşündürücü, dünyagörüşü formalaşdıran resurslarına daha çox diqqət yetirməliyik. Nəzərimcə, ümumiyyətlə şou xarekterli, xüsusilə maqazin xarakterli verilişlər ümumiyyətlə, televiziyalardan yığışdırılmalıdır. Televiziya ölkəyə, millətə, xalqa qulluq etməli, hər bir insanda vətənə sədaqət, vətənpərvərlik duyğuları təbliğ etməlidir.
Bu məsələdə ailənin də rolu böyükdür. Ailə, orta məktəb, ali məktəb - bunlar bütöv bir zəncirin ayrı - ayrı halqalarıdır. Bunlarda da vətənpərvərlik tərbiyəsinə ciddi diqqət yetirilməlidir”.
Q.Hüseynli hesab edir ki, ideoloji işlərdə çatışmazlıqlar var:
“Azərbaycanın öz milli ideologiyası mövcuddur. İnsanlara bu aşılanmalıdır. Bəziləri ideoloji iş dedikdə elə başa düşür ki, bu Sovet dövründən qalma bir şeydir. Amma xeyr, biz hələ cavan dövlətik. Uzun müddət deyil ki, müstəqilliyimizi əldə etmişik. Ona görə də ideoloji işə, milli ideologiyanın təşkili və təbliğinə, insanların milli şüurunun formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. O cümlədən, baş verən hadisə cəmiyyət içində ciddi müzakirə edilməli və pislənməlidir. İnsanlara bu işin nə dərəcədə alçaq və yaramaz hərəkət olduğu çatdırılmalıdır.
Abbas Sahhətin belə bir kəlamı var:
“Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz”. Vətəni sevmək imandandır deyiblər. Ona görə də bu məsələdə vətənpərvərlik tərbiyəsi gücləndirilməlidir”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə