
Sanksiya Azərbaycana zərər vurmayacaq: “Bəzi ölkələr bizdən əlavə qaz istəyirlər”
Yusif Nəzərli
14:39 17.11.2022
Aktual
484
“Xüsusilə Azərbaycanın tərəfdaşı olan İtaliya və Balkan ölkələri bizimlə ticari əlaqələri davam etdirəcək”
“Albaniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Serbiya Azərbaycandan əlavə qaz tələb edirlər”
“Ona görə də italya və Balkan ölkələri bunun bütün Avropaya tədbiqinə imkan verməyəcək və qarşısını alacaqlar”
16 noyabr 2022-ci il tarixində Fransanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Ona 15 noyabr 2022-ci il tarixində Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.
Görüş zamanı Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb. Qətnamənin açıq təxribat xarakteri daşıdığı və sülh prosesinə öz töhfəsini vermək iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst, qərəzli və birtərəfli mövqeyini bariz şəkildə nümayiş etdirdiyi bildirilib.
Fransanın bu addımının regionda sülhün bərqərar olmasına, xüsusilə də, ölkəmizin israrlı olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmasına ciddi zərbə vurmaq məqsədi daşıdığı, bölgədə sülhə qarşı olan revanşist qüvvələri həvəsləndirdiyi vurğulanıb.
Azərbaycan tərəfi görüşdə Fransa tərəfindən bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini təkidlə tələb edib.Fransanın müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin müraciətini aidiyyəti üzrə çatdıracağını bildirib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev “Sherg.az” bildirib ki, Azərbaycan diplomatik cəhətdən lazım olan bütün addımları atmalıdır:
“Əks halda bu Avropada trend halını ala bilər və Fransanın təsiri altında olan İspanya, İsveçrə, Belçika, Lüksemburq kimi digər ölkələr də analoji qərarlar verə bilərlər. Ona görə də biz bunun qarşısını almaq üçün var gücümüzlə mübarizə aparmalıyıq. Azərbaycan XİN-i tərəfindən görülən işlər isə tamamilə doğrudur. Bundan sonra bu sayaq gedişlərə daha da çox ehtiyac var. Sanksiya isə bizə xüsusi bir zərər vurmayacaq. Çünki Azərbaycanın əməkdaşlıq etdiyi ölkələr arasında Fransa heç ilk 20-lik də belə yoxdur.
Biz onlarla cəmi 4 sahədə əməkdaşlıq edirik. Bunlar nüvə texnologiyası, aerokosmik sənaye, hərbi və enerji sektorlarıdır. Bunların hər birində isə bizim başqa alternativlərimiz də var.
Xüsusilə enerji sektorunda onlar, "Abşeron" yatağının 50 faiz pay sahibidir ki, hazırda qaz dünyada ən çox qiyməti qalxan təbii sərvətlərdən biridir.
Avropa rəhbərliyinin bizə müraciət edərək qaz almaq istədiyi və Rusiyadan gələn neft-qaz hasilatına sanksiyaların qoyulduğu bir vaxtda, Avropada heç bir ölkənin bizim neft və qazımızdan imtina edəcəyini düşünmürəm.
Xüsusilə Azərbaycanın tərəfdaşı olan İtaliya və Balkan ölkələri bizimlə ticari əlaqələri davam etdirəcək. Albaniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Serbiya Azərbaycandan əlavə qaz tələb edirlər.
Ona görə də İtalya və Balkan ölkələri bunun bütün Avropaya tədbiqinə imkan verməyəcək və qarşısını alacaqlar. Amma biz də bir yerdə dayanmayaraq, bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi