
“Soçi danışıqlarından sonra Qərb ön plana çıxıb”
Yusif Nəzərli
13:46 18.11.2022
Aktual
780
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı iqtisadiyyat, ticarət və enerji sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı məsələləri müzakirə edilib.

Hazırda Moskvanın region ölkələri ilə daha sıx siyasi-iqtisadi əlaqə qurmağa ehtiyacı olduğunu deyən siyasi şərhçi Asif
Nərimanlı “Sherg.az”a deyib ki, bu telefon zəngi və bundan bir gün sonra Rusiyanın Baş naziri Mixail Mişustinin Bakıya səfəri, Azərbaycanla Kreml arasında aktual məsələnin ikitərəfli münasibətlər olduğunu göstərir:
“Hər iki lider sonuncu dəfə Soçidə görüşmüşdü. Bundan sonra isə onlar arasında danışıq olmayıb. Rəsmi məlumatda qeyd olunmasa belə, bu danışıqda həm Qarabağ məsələsinin, həm də bölgədəki vəziyyətin müzakirə olunduğunu hesab edirəm. Fikrimcə, bu danışıq daha çox Rusiyanın Soçi razılaşması ilə bağlı praktiki mərhələdə hansısa bir addımın atılmasına hesablanıb.
Yəni biz bilir ki, Soçi danışıqlarından sonra Qərb daha ön plana çıxıb. ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə zəngi, sülhün məhz Avropa İttifaqı və Qərblə daha sıx müzakirə olunması ABŞ-ın planının daha öndə olduğunu göstərir. Buna qarşı isə Rusiya Soçi razılaşmasının, hansısa müddəası ilə bağlı addım atılmasına və beləliklə də önə keçməyə çalışır. Bu praktiki addım isə daha çox ictimaiyyətlər arasında əlaqələri ilə bağlıdır.
Soçi razılaşmasına da iki ölkənin parlamentləri arasında görüşlərin keçirilməsi və əlaqələrin yaradılması məsələsi daxil edilmişdi.
Putinin zəngindən bir neçə saat öncə isə Rusiyanın xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşmüşdü. Ümumiyyətlə, Kreml Ermənistanla Azərbaycan arasındakı əlaqələrin onun təşəbbüsü ilə bərpa olunmasını istəyir.
Digər tərəfdən yaxın zamanlarda Putinin İrəvan səfəri və Moskvanın Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya gəlişi gözlənilir. Bu da Şimal qonşumuzun Soçi görüşündəki məsələləri praktiki addımlarla ələ almaq istədiyini göstərir. Biz bu təması yaxın dövrdə daha intensiv şəkildə görəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi