“Tədqiqat institutlarının önəmi həlledici dərəcədə artır”
Yusif Nəzərli
09:28 28.09.2022
Aktual
562
Sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir.
"Sherg.az" xəbər verir ki, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc sözügedən forumda çıxış edib.
O, Forumunu müqəddəs Vətən müharibəsinin ikinci ildönümünə düşməsini hazırki regional və beynəlxalq çağırışlar fonunda mühüm hadisə kimi dəyərləndirib:
"Sentyabr ayı xalqımız üçün yeni siyasi tarixdir. Azərbaycanın Zəfər təqviminin birinci günü Ermənistan üçün məğlubiyyət, ölkəmiz üçün qalibiyyət, birlik və bütövlük günüdür. 44 müqəddəs gündən yaranan Zəfər təqvimi, 27 sentyabr 2020-ci ildən-2022-ci ilin 12-13 sentyabr tarixinədək, Qarabağdan Zəngəzura, Murovdan Arazadək böyük zaman və məkan miyqasına malikdir.Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycan öz müstəqilliyini Vətən müharibəsində hərbi meydanlarda yenidən qazandı.
Əziz dostlar, hazırda bəşəriyyətin yeni dünya düzəni, daha doğrusu, nizamsızlığı ilə üz-üzə qaldığı bir vaxtda dövlətimiz yerləşdiyi coğrafiyada son 3 əsrdə heç vaxt indiki qədər güclü olmayıb. Soyuq müharibədən qanlı savaşlara keçidin simvolu olan 1-ci Qarabağ müharibəsi 30 il əvvəl bir imperiyanın çöküşünün rəmzi idisə, indi dünyada dəyişiklikləri tətikləyən Vətən müharibəsi yeni təhlükəsizlik arxitekturasının müjdəçisidir. Əlbəttə, Rusiya-Ukrayna müharibəsi Qafqazlardan başlanmayıb, tam əksinə, məhz bizim xalqın əsrlərlə can atdığı və sonda qazandığı qələbə dünyada bütün savaşları ədalətlə bitirmək üçün unikal nümunədir".
Z.Orucun sözlərinə görə, postmüharibə dövrü adlandırdığımız son 2 ilin nəinki hər ili, demək olar ki, hər ayı Zəfərin-siyasi, iqtisadi, diplomatik, informasiya müstəvilərinə daşınması dövrü olub:
"Lakin dövlət əleyhinə olan qüvvələr Qələbənin miqyasının kiçildilməsi, milli qürur hissinin 26 sentyabr əhvalı və beyinləri ilə əvəzlənməsi üçün durmadan çalışırlar. Belə vəziyyətdə yalnız müəyyən təqvimlərə hesablanmış, kampaniya xarakterli fraqmentar fəaliyyət deyil, məqsəd və hədəfləri aydın olan intelletual klublar, beyin mərkzələri və tədqiqat institutlarıın önəmi həlledici dərəcədə artır.
Dünya təcrübəsində belə cavabları verməli olan düşüncə və beyin mərkəzləri 113 il əvvəl ABŞ-da yaardılıb. Dövlətin qərar qəbulu proseslərinin elmi-tədqiqat əsaslı, intellektual təminatı - bu mərkəzlərin başlıca missiyası kimi bəyan edilib.Təsadüfi deyil ki, OCED ölkələrində əhalinin 100 min nəfərinə düşən tədqiqatçıların və tədqiqatların sayına dair dəqiq indikator yaradılıb.
Azərbaycana gəldikdə, dövlətçilik tariximizə ilk dəfə yeni intellektual infrastrukturun, düşüncə mərkəzlərinin yaradılması ənənəsini 2000-ci illərdən Prezident İlham Əliyev gətirib. 2018-ci ildən başlayan Yeni hakimiyyət quruculuğunun tərkib hissəsi kimi beyin mərkəzlərinin yaradılması ilə bağlı taleyüklü qərarlar verilib.Bununla da dövlət idarəçiliyində tədqiqat əsaslı qərar qəbuletmə kursu elan edilib. “Rəyiniz işimizdir!” devizi ilə fəaliyyətə başlayan Sosial Tədqiqatlar Mərkəzi də həmin sıradadır".
Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasının təmin edilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət