Terrorçular Türkiyənin təhlükəsizliyinə ciddi təhlükədir
Yusif Nəzərli
02:32 26.05.2022
Aktual
409
Şimali İraqda hərbi əməliyyatların aparılması ölkənin maraqlarına tam uyğundur
Türkiyə ordusunun İraqın şimalında yerləşən PKK düşərgələrini ləğv etmək üçün aprelin 18-dən başlatdığı “Pençe Kilit” kod adlı antiterror əməliyyatı davam edir. Əməliyyatları Türkiyə hərbi hava qüvvələri, artilleriya və xüsusi təyinatlı qüvvələri həyata keçirirlər. İndiyədək yüzlərlə terrorçu məhv edilib. Türkiyə ordusu da şəhidlər verib. Buna rəğmən, genişmiqyaslı əməliyyat-axtarış, məhvetmə hərəkətlərinin davam edəcəyi deyilib.
Qeyd edək ki, Türkiyə hökuməti 2015-ci ilin iyul ayından etibarən ölkə daxilində terrora qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Daha sonra əməliyyatlar İraq və Suriya ərazilərində davam etdirilib. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, bu günə qədər əməliyyatlar nəticəsində 34 min 259 terrorçu zərərsizləşdirilib. Eyni zamanda bu ilin əvvəlindən zərərsizləşdirilən terrorçu sayı 991-dir. Hazırda davam edən “Pençe-Kilit” əməliyyatı da seriya şəklindədir. İlk “Pençe” əməliyyatı 2019-cu ildə başlayıb. Bu seriyadan olan əməliyyatlar Türkiyənin PKK-nın möhkəmləndiyi cənub-şərq vilayətlərində, eləcə də İraqda, Qəndil, Zap rayonlarında davam etdirilib.
Türkiyənin terrorçulara qarşı növbəti hərbi əməliyyatlarını “Şərq”ə dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov deyib ki, qardaş ölkənin öz sərhədlərindən kilometrlərcə uzaqda hərbi əməliyyat keçirməsinin səbəbləri var. Analitik bildirib ki, Türkiyənin cənub-şərq bölgələrində, İraq və Suriya ilə sərhəddə PKK, PYD, YPG qüvvələri davamlı terror həyata keçiriblər:
“Terrorçular sadəcə türk əsgərlərinə deyil, eyni zamanda mülki əhaliyə də hücum çəkirdilər. O baxımdan Türkiyə hökuməti qərara gəldi ki, terrorçuları öz sərhədlərindən kənara çıxartsın və həmin ərazilərdə terrorun kökünü kəssin. Məqsəd ərazini təhlükəsiz bölgə halına gətirməkdir. Ölkə ərazisində terrorçu qruplaşmaların qalması və kənardan lojistik dəstək alması Türkiyənin təhlükəsizliyi üçün təhdid deməkdir.
O cümlədən Şimali İraqda və digər yerlərdə terrorçuların cəmləşməsinə imkan verilməsi də Türkiyə üçün ciddi təhlükədir. Qərb ölkələri mütəmadi şəkildə PKK-ya və onun qolu YPG-yə hərbi dəstək verirlər. Ankara hökumətinin narazılıq etdiyi məsələlərdən biri də budur. Türkiyə bölgənin təhlükəsizliyini təmin edənədək hərbi əməliyyatları davam etdirəcək. Əlbəttə, hərbi əməliyyatlarda şəhidlərin verilməsi üzücüdür, amma indi aparılan bu əməliyyatlar gələcəkdə yüzlərlə günahsız insanın, əsgər və mülki şəxslərin həyatını xilas edəcək.
O baxımdan Türkiyənin Şimali İraqda hərbi əməliyyatları ölkənin maraqlarına tam uyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya