Türkiyə, Azərbaycan, Gürcüstan ücbucağı:“Təhlükəsizlik gücləndirilir”
Yusif Nəzərli
14:58 07.04.2023
Aktual
527
Aprelin 7-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşündə müzakirə edilən məsələlər açıqlanıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edilib.
Səfəri dəyərləndirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, artıq dünyada geosiyasi qırılmalar və qütbləşmələr baş verir:
"Bir tərəfdə ABŞ-ın rəhbərlik etdiyi Qərb bloku, digər tərfdə isə Rusiya, Çin Hindistan və İranın daxil olduğu Şərq bloku yer almaqdadır. Belə bir qruplaşmalar dövründə isə regional təhlükəsizliyin əhəmiyyəti artır. Ona görə də ilk növbədə Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq güclənir. Yəni Türkiyə, Gürcüstan və Azərbaycan təhlükəsizlik sahəsində qarşılıqlı şəkildə fikir mübadiləsi aparır.
Eyni zamanda biz buna Türkiyə, Azərbaycan, Gürcüstan ücbucağı kimi də baxa bilərik. Böyük ehtimalla gələcəkdə Azərbaycanın və Gürcüstan arasındakı strateji partnyorluq Türkiyə olduğu kimi müttəfiqlik səviyyəsinə yüksələcək. Həmçinin Gürcüstan Azərbaycan üçün iqtisadi bir nəfəslik və Qərbə açılan pəncərədir.
Çünki Azərbaycanın neft-qaz xətləri Gürcüstan üzərindən keçir. Prezidentlərin çıxışından da göründüyü kimi Azərbaycan tərəfi Gürcüstan üzərindən Qərbə olan qaz satışını 2 dəfəyə yaxın artırmaq istəyir. Bundan əlavə olaraq Azərbaycan, Gürcüstan, Macarıstan və Rumuniya birlikdə müqavilə imzalayıb. Burada da rəsmi Bakı "yaşıl enerjidən" alacağı elektrik enerjisini Gürcüstan üzərindən Qərbə satmaq niyyəti daşıyır. Həmçinin Azərbaycan Türkmənistandan Xəzər dənizi vasitəsilə gətiriləcək qazı və Qazaxıstan neftini Gürcüstan üzərindən nəql etməyi planlaşdırır".
Analitikin sözlərinə görə Gürcüstan həm də bizim əsas lojistik dəhlizimizdir:
"Yəni Qaradəniz və okeana çıxış nöqtəmizdir. Ümumiyyətlə artıq Bakı-Tbilisi-Qars xəttinin əhəmiyyəti daha da artıb. Hətta daşımalar 3 dəfəyə qədər çoxalıb.
Azərbaycan və Gürcüstan arasındakı indiki iqtisadi və siyasi əməkdaşlıq əsasən bu istiqamətdədir. Bundan əlavə regional və qlobal təhlükələr barəsində ölkələr biri-biri ilə məsləhətləşəcək. Eyni zamanda hər iki ölkədə mədəni əlaqələrin inkişafına dəstək veriləcək.
Xüsusən də Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin hüquqların qorunmasının təmin edilməsi də masada yer alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə