Türklər qətl edilir!- “Növbəti dəfə rəsmi Tiflislə ciddi danışılacaq”
Fidan Həmişəyeva
14:38 24.05.2021
Aktual
714
Ötənlərdə Gürcüstanın paytaxtı Tiflis növbəti insident baş verib. Hadisə Tbilisinin mərkəzi Abanotubani rayonunda yaşanıb. İnsident zamanı 31 yaşlı yerli azərbaycanlı qətlə yetirilib. Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdiriliblər.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub. Hadisənin digər detalları hələ məlum deyil.
Baş verənləri “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, növbəti dəfə belə bir hal yaşansa, Azərbaycan tərəfi ciddi danışıqlar aparmalı olacaq:
“Ötəndəfəki hadisədən sonra rəsmi Tiflis açıqlama verdi ki, hadisəni araşdıracaqlar və cinayətkarlar tutulacaq. Sonra barışıq həyata keçirildi. Amma ikinci insidentin də şahidi olduq. Düzdür, azərbaycanlılarla başqa millətin nümayəndələri arasında toqquşma baş verib. Artıq bu olayların təsadüfi olmadığına dair bizdə fikir formalaşır. Vəziyyətin bu həddə çatmasında müəyyən maraqlı qüvvələr var. Həmin qüvvələr Ermənistanda və Rusiyada da mövcuddur. Çünki Gürcüstanla-Azərbaycan əlaqələrinin pozulmasını istəyirlər. Lakin proseslə məşğul olmaq bizim işimiz deyil. Gürcüstan dövləti araşdırmalıdır. Müəyyən qüvvələr iki ölkə arasındakı münasibətlərin pozulmasında maraqlıdırlar və buna görə də insident yaradırlar. Onlar müəyyənləşdirilib cəzalandırılmalıdırlar. Mixael Saakaşvili prezident olduğu illərdə bu cür təxribatların qarşısı alınırdı, erməni separatçıları həbs olunurdu. Sonrakı hakimiyyət isə onları azad etdi, indi nə işlə məşğul olduqları bəlli deyil”.
E.Şahinoğlunun sözlərinə görə, Gürcüstan rəhbərliyi anlamalıdır ki, azərbaycanlılara qarşı bu cür hallar artarsa, bu, birbaşa Gürcüstan-Azərbaycan münasibətlərinə təsir göstərəcək:
“Əlbəttə bunu istəmərik, çünki Gürcüstan bizim əməkdaşımızdır və strateji əlaqələrimiz var. Lakin bu əlaqələr ilk növbədə Gürcüstanın maraqlarına cavab verir. Azərbaycanın investisiyaları, boru xətləri, nəql etdiyimiz qaz Gürcüstana lazımdır. Ona görə də diqqətli olmalı və belə insidentlərin qarşısını almalıdırlar. Üçüncü dəfə belə hadisə baş versə, rəsmi Tiflsilə ciddi danışmalı olacağıq".
Xəbər lenti
Hamısına bax
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya