Vətən müharibəsinin iştirakçıları Adana valiliyində olublar
Yusif Nəzərli
15:25 05.01.2024
Aktual
524
Vətən müharibəsi iştirakçılarının bir qrupunun Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkəyə səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin iştirakçıları səfər çərçivəsində Adana valiliyində olublar.
Azərbaycanlı qazilərlə görüşündən məmnunluğunu ifadə edən Adana valisi Yavuz Selim Köşger xatırladıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycana ilk dəstək göstərənlərdən biri də Adana şəhəri idi. Azərbaycanın Qələbəsindən sonra Türk dünyasına güvənin daha da artdığını qeyd edən vali ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin onları da sevindirdiyini vurğulayıb.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Vətən müharibəsi dövründə qardaş Türkiyənin mənəvi dəstəyinin Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan və Türkiyə ən çətin anlarda daim bir-birinin yanında olub. Çanaqqala və Qurtuluş savaşlarında ata-babalarımızın çiyin-çiyinə döyüşdüklərini diqqətə çatdıran Emin Həsənli Azərbaycanın bir sıra şəhər və rayonlarında “Türk şəhidliyi” abidələrinin olduğunu qeyd edib. O deyib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də Türkiyədir. Son illərdə Türkiyənin bütün dünyada nüfuzu artmaqdadır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə son 20 il ərzində böyük inkişaf yolu keçib. Hazırda Türkiyə beynəlxalq müstəvidə vasitəçi dövlət kimi qəbul edilir. Türkiyə Qarabağda, Yaxın Şərqdə baş verən hadisələrdə, Rusiya- Ukrayna müharibəsində əsas vasitəçilərdən biridir və bu problemlərin həllində töhfə verməyə səy göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət