“Xaricdən gətirilən enerji içkiləri təhlükəlidir” - Nəzarət güclənsin!
Fidan Həmişəyeva
12:29 31.08.2021
Aktual
725
Enerji içkiləri bazarında haqsız rəqabət halları ilə əlaqədar qərarlar qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, işlərə baxılan zaman “AVRORA” MMC-nin “BİZON energy”, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “FULL energy”, “NPG Azərbaycan” MMC-nin “PIT BULL” adlı alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatları təqdim etməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.
Bununla yanaşı, “PIT BULL” alkoqolsuz içkisinin qablaşdırılmasında “Veysəloğlu” MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Qərarlara əsasən, “BERG ENERGY” MMC, “AVRORA” MMC, “A+CO” ASC və “NPG Azərbaycan” MMC-lərə qarşı müvafiq məsuliyyət tədbirləri barədə qərarlar qəbul edilərək pozuntuların aradan qaldırması barədə göstərişlər verilib.
Mövcud durumu “Sherg.az”a dəyərləndirən “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adlı qurum istehlakçıların aldadıldığını əsas gətirərək belə qərar verib:
“Əslində tərəfdarıyam ki, enerji içkilərinin içinə su doldursunlar, o zaman istehlakçılar zərər çəkməzlər. Çünki enerji içkiləri arzuolunan deyil. Hökumətin yerinə olsaydım, qeyd edilən şirkətlərə başqa cür cəza verərdim. Enerji içkilərini istehsal edən xarici şirkətlər məhsulun üzərində yazırlar ki, bu, uşaqlar, hamilələr və zəif insanlar üçün zərərlidir. Məntiq haradadır ki, uşaqlar üçün zərərli olan şey böyüklər üçün xeyirli olsun? Bütün hallarda yerli enerji içkiləri dövlətin nəzarəti altındadır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (QTA) bu sahədə xeyli iş aparıb, onların tərkibində öyrəşdirici maddələrin azaldılmasına nail olub. Ona görə zərərli vərdişlə məşğul olan insanlara tövsiyə edirəm ki, öz vərdişlərindən əl çəkə bilmirlərsə, yerli enerji içkilərinə üstünlük versinlər. Çünki onların tərkibi nəzarət altındadır. Xaricdən gətirilən enerji içkiləri isə daha təhlükəlidir və insanda asılılıq yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm