Yaxın bir il üçün planlar cızılacaq
Yusif Nəzərli
05:34 26.05.2022
Aktual
404
Ərdoğanın Bakı səfərində yeni siyasi proqnozlar gündəmə gələcək
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Ərdoğan vurğulayıb ki, Türkiyənin Azərbaycanla ortaq səyləri regionda sülhün ən böyük təminatçısı olacaq: “Bir millət, iki dövlət” şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm.
Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram”. Məlumat üçün deyək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək. Türkiyə liderinin mayın 26-29-u aralığında ölkəmizdə keçiriləcək “Texnofest” festivalında iştirak edəcəyi deyilir.
Siyasi elmlər doktoru Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Ərdoğanın mesajları və gözlənilən növbəti səfəri çox mühümdür. Professorun fikrincə, artıq yeni ənənənin başlanğıcı qoyulmaqdadır:
“28 mayda Ərdoğan kimi nüfuzlu bir liderin Bakıya gəlişi adi səfər olmayacaq. Vətən müharibəsində qazandığımız Zəfərin hərbi-siyasi memarı olan Ali Baş Komandan İlham Əliyevlə Qafqaz siyasətinin banisi Ərdoğanın görüşündə yeni siyasi proqnozlar gündəmə gələcək, proqramlar hazırlanacaq. Yaxın bir il üçün planlar cızılacaq. Səfərin Müstəqillik Gününə salınması da rəmzi məna daşıyır. “Texnofest” festivalı da Azərbaycanın siyasi-iqtisadi uğuru kimi dəyərləndirilməlidir. Hazırda Rusiya-Ukrayna arasında müharibə gedir. Azərbaycan və Türkiyə bu məsələdə eyni mövqedən çıxış edirlər.
Ərdoğan dünya çapında böyük siyasi oyunçudur. Əlbəttə, Türkiyə lideri tək deyil, onun yanında Azərbaycan Prezidenti var. Güclü Azərbaycan dövləti siyasi aktor kimi dünya səhnəsinə qədəm qoyub.
Sonuncu Brüssel görüşündə Azərbaycanın qazandığı uğurlar göz önündədir. Liderlər Bakıdan İrəvana, Ermənistanı dəstəkləyən dövlətlərə mesaj verəcəklər. Eyni zamanda Azərbaycan-Türkiyə birliyini sevməyən, açıq və gizli mübarizə aparanlara qarşı fikirlər səsləndiriləcək.
Yəni Ərdoğanın 28 may səfəri Azərbaycan üçün önəmlidir. Bu, həmçinin, Türk Dövlətlər Təşkilatının güclənməsi yönündə də ciddi addım sayılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya