Yol Polisi bu sürücüləri tam nəzarətə götürür
08:38 06.11.2019
Aktual
519
Son zamanlar kütləvi informasiya vasitələrində yayılan məlumatlardan görünür ki, narkotik vasitələrdən istifadə edərək sükan arxasına keçən bəzi sürücülər yollarda ciddi təhlükə yaradırlar. Bu isə cəmiyyətdə ciddi narahatlığa səbəb olur.
Bəs bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Bu faktları yol polisi əməkdaşları necə aşkar edir və sürücülərə hansı məsuliyyət nəzərdə tutulub?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Oxu.Az-a açıqlama verib.
R.Quliyevin sözlərinə görə, Daxili İşlər Orqanlarında, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsində də narkomaniyaya qarşı kompleks tədbirlər həyata keçirilir:
“Təəssüf ki, narkomaniya problemi ölkəmizdən də yan keçməyib. Son zamanlar, xüsusilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslər arasında narkotik vasitələrdən və psixotrop maddələrdən qanunsuz istifadə hallarına rast gəlinməsi isə daha ciddi təhlükələrdən xəbər verir.
Müntəzəm marşrut xətti üzrə avtobus idarə edən şəxslər tərəfindən hətta nəqliyyat vasitəsinin sükanı arxasında narkotik qəbul edilməsi faktlarının qeydə alınması bütün əlaqədar qurumları və cəmiyyəti bu dəhşətli bəlaya qarşı mübarizədə səfərbər etməlidir”.
Rüfət Quliyevin sözlərinə görə, əməkdaşlar bu sahədə aparılan mübarizə tədbirlərində aktiv iştirakçılığa cəlb edilməklə yanaşı, onlar müvafiq texniki avadanlıqlarla da təchiz edilib:
“Sürücülər arasında narkotik vasitə və ya psixotrop maddə qəbul etmiş şəxslərin aşkar edilməsi üçün təkcə DYP-nin stasionar postlarında deyil, YPX avtomobillərində də narkotesterlər mövcuddur. Həmin cihazlar sürücünün ağız suyundan götürülmüş nümunə əsasında daha çox yayılmış bir neçə adda narkotik vasitə barədə məlumat verə bilir”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və bu vəziyyətdə törədilən inzibati xətalara görə - inzibati cərimə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması, inzibati həbs kimi çox ciddi inzibati tənbeh tədbirləri nəzərdə tutulub.
Şöbə rəisi onu da əlavə edib ki, bu sahədə narahatlıq doğuran digər bir məsələ isə sürücülərin səhhətləri ilə əlaqədar qəbul etdiyi və yuxu gətirə biləcək dərmanlardır:
“Belə ki, sürücülərin tərkibində yuxu, halsızlıq gətirən maddələrin mövcud olduğu dərman preparatlarını qəbul etdikdən sonra sükan arxasına əyləşməzdən qabaq mütəxəssislərlə məsləhət etməlidirlər. Sürücülər bilməlidirlər ki, hər hansı dərman preparatını qəbul etməzdən əvvəl mütləq həkim rəyini öyrənmək, ən pis halda preparatın istifadə qaydaları ilə tanış olmaq, yarana biləcək əks göstəriciləri nəzərə almaq lazımdır”.
BDYPİ-nin rəsmisi onu da qeyd edib ki, məlumatsız şəkildə, analoji yanaşma prinsipi və ya “bir dəfədən heç nə olmaz” kimi yanlış düşüncə ilə dərman qəbul edib sükan arxasına oturmaq qətiyyən yolverilməzdir və belə halların doğurduğu bədbəxt hadisələr unudulmamalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət