Zakir Həsənov azad edilmiş ərazilərdə: bölmələrin döyüş fəaliyyətini yoxlayıb - VİDEO
Zakir Həsənov azad edilmiş ərazilərdə: bölmələrin döyüş fəaliyyətini yoxlayıb - VİDEO
Yusif Nəzərli
07:53 17.02.2023
Aktual
281
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Müdafiə naziri döyüş mövqelərinə gələrək əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib. Qeyd olunub ki, müasir texniki avadanlıqla təchiz olunmuş mövqelərdə qarşı tərəfin bütün fəaliyyətləri fasiləsiz müşahidə edilir.
Şəxsi heyətlə görüşən nazir onların döyüş ruhu və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.
Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə çay süfrəsi arxasında söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Müdafiə Nazirliyinin rəhbər heyəti daha sonra növbəti hərbi hissəyə gələrək burada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada zəruri infrastruktur yaradılıb.
Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.
Sonda müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət