Zəngəzur dəhlizi: Ermənistandan da müsbət mesajlar gəlir -RƏY
Yusif Nəzərli
18:06 07.01.2024
Aktual
554
Zəngəzur beynəlxalq nəqliyyat dəhlizi mütləq yaxın illərdə fəaliyyətə başlayacaq
Türkiyəni Türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə həyata keçirilə bilər. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu deyib. Nazir bildirib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz Türk dünyasına daha rahat çata biləcəyik”. Ə.Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: “Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq”.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi Çini və Mərkəzi Asiya dövlətlərini Avropa ilə birləşdirən böyük bir beynəlxalq nəqliyyat dəhlizi olacaq. Analitik kifayət qədər mühüm olan beynəlxalq dəhlizin 2028-ci ildə işə salınmasının, fəaliyyət göstərməsinin tamamilə real olduğunu düşünür:
"Bunun üçün ilk növbədə Türkiyə ərazisindəki 224 kilometrlik, o cümlədən Ermənistandan keçəcək 43 kilometrlik hissə hazır olmalıdır. Azərbaycan ərazisində demək olar ki, hər şey hazırdır, işlər yekunlaşmaqdadır. İranın beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq istəməsi də təbiidir, çünki Tehranın əlavə kommunikasiyalara ehtiyacı var. Baxmayaraq ki, İran Zəngəzur dəhlizinə və onun Ermənistandan keçən hissəsinə uzun müddət maneçilik törətdi. Əslində, maneçilik müəyyən qədər davam etməkdədir. Lakin Tehran hökuməti Zəngəzur dəhlizinin perspektivini görür və ona görə də qoşulmaqda maraqlı davranır".
Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi Ermənistan üçün isə daha mühüm, həyati əhəmiyyətə malikdir:
"O baxımdan dəhlizin işə düşməsindən hamıdan çox Ermənistan maraqlı olmalıdır. İrəvanın bu məsələdə əsas problemi Rusiya ilə bağlıdır. Ermənistan üzərinə öhdəlik götürüb ki, Zəngəzur dəhlizinin onun ərazisindən keçən hissəsinə Rusiya sərhədçiləri nəzarət edəcək. İndi isə həmin öhdəlikdən imtina etmək istəyir. Bu səbəbdən Rusiya ilə aralarında hazırda müəyyən ziddiyyətlər var. Ancaq bir şey aydındır ki, Zəngəzur beynəlxalq nəqliyyat dəhlizi mütləq yaxın illərdə fəaliyyətə başlayacaq. Bu dəhliz bölgə iqtisadiyyatının inkişafında, iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasında, eyni zamanda Türkiyə və Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə əlaqələrinin dərinləşməsində müstəsna rol oynayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm