Zərifin Bakıya “zərif” səfəri: “Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşməsi...”
Fidan Həmişəyeva
12:29 24.05.2021
Aktual
654
“İran iki ölkə arasındakı sərhəddə baş verənlərdən narahat olduğunu bildirir”
“Dəfələrlə bəyan edir ki, regionda sərhədlərin dəyişdirilməsinə qarşıdır”
“Yəqin ki, İran belə açıqlama ilə öz aləmində Ermənistanı müdafiə edir”
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah Azərbaycana səfər edəcək.İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutacaq. İranlı nazir Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək:
"Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır".
Məlumdur ki, bir aydan da az müddətdə İranda prezident seçkisi keçiriləcək. Bu baxımdan İran-Ermənistan və İran-Azərbaycan münasibətlərinin gələcəyi Zərifi narahat etməməlidir.
Səfərin əsas məqsədi ilə bağlı “Sherg.az”a danışan politoloq Sədrəddin Soltan bildirib ki, M.C.Zərif Azərbaycana sərhəddəki məlum olaylar baş verdikdən sonra gəlir:
“Hesab edirəm ki, səfər zamanı Azərbaycan-İran sərhəddindəki hadisə müzakirə olunacaq və təhlükəsizlik məsələsi Cavad Zərifin diqqətinə çatdırılacaq. Çünki Azərbaycanın İranla sərhəddi bir növ narkotik qaçaqmalçılıq mənbəyinə çevrilib. İran Azərbaycan sərhədlərini davamlı olaraq narkotik maddələrlə “atəşə tutur”. Digər məsələ Zəngəzur dəhlizidir.
Çünki bu dəhliz olduqca regional və beynəlxalq əhəmiyyətə malikdir. Çox güman ki, Azərbaycan-Ermənistan sərhəddindəki demorkasiya və delimitasiya məsələsi də müzakirə olunacaq.
İran iki ölkə arasındakı sərhəddə baş verənlərdən narahat olduğunu bildirir və dəfələrlə bəyan edir ki, regionda sərhədlərin dəyişdirilməsinə qarşıdır. Yəqin ki, İran belə açıqlama ilə öz aləmində Ermənistanı müdafiə edir. Lakin bu məsələnin həlli Azərbaycanın sərhəd bütövlüyünün təmin olunması deməkdir”.
S.Soltan qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında post-pandemiya dövrünə hazırlıq da müzakirə edilə bilər:
“Atom nüvə proqramına görə, İrana tətbiq olunan sanksiyalar götürüldükdən sonra İranın iqtisadi əlaqələri genişlənəcək və yeni fəaliyyət istiqaməti olacaq. Ola bilsin ki, İran perspektivdə Azərbaycan vasitəsilə neft və qaz ixrac etsin. Hesab edirəm ki, səfər zamanı regional və iki ölkə arasındakı əlaqələrin inkişafıdan söhbət gedəcək".
Xəbər lenti
Hamısına bax
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya