Nemət Pənahlıdan xəbər var

“Heç kim köməklik göstərmir”




"Nemətin səhhəti normaldır”. Bu barədə "Şərq”ə Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı bildirib.
Onun sözlərinə görə, N.Pənahlı yenə də tək qalır: "Yeni heç bir məsələ yoxdur. Sosial vəziyyətimiz də olduğu kimi qalır. Heç kim köməklik göstərmir. Nə ediriksə, Allahın köməkliyi ilə yalnız özümüz edirik”.
Məlumat üçün bildirək ki, N.Pənahlı 2011-ci il yanvarın 8-də həbs olunub. O, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma cinayətində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ayyət