75 yaşlı qadın su kanalında batdı






Qazax rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, iyulun 26-da Qazax rayonunun Qarapapaq kəndində kənd sakini, 75 yaşlı Tamella Babayeva ehtiyatsızlıqdan su kanalına yıxılıb. T.Babayevanın meyiti Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sudan çıxarılıb.
Araşdırma aparılır.