Bakıda naməlum avtomobil 5 yaşlı oğlanı vurub






Qaradağ rayonunun Sahil qəsəbəsində müəyyən edilməmiş avtomobillə uşaq vurulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 26-da saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini, 5 yaşlı Nuran Əli vurulub. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.