Psixoloqun evindən 170 min dollar oğurlandı - BAKIDA

Evdən həmçinin, 7 min manat dəyərində qızıl-zinət əşyaları da aparılıb





Bakı sakininin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.  report.az-ın məlumatına görə, hadisə Xətai rayonunda baş verib. Belə ki, Qismət Qismətzadə adlı şəxs polisə müraciət edərək evindən 170 min dollar pul və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. Xətai Rayon Polis İdarəsi (RPİ) və 35-ci Polis Bölməsi ( PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1995-ci il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, evindən oğurluq edilmiş Qismət Qismətzadə psixoloqdur, o, Regional Psixologiya Mərkəzinə rəhbərlik edir.