Belə günəş yanığı görünməmişdi





ABŞ-da 7 yaşlı bir uşağın kürəyi qoruyucu krem sürtülmədən günəşə məruz qaldığı üçün tanınmaz haldadır... Dəhşətli ağrılar  çəkən uşaq hələlik müalicə altındadır.
Qorxunc şəkildən də aydın olduğu kimi  uşağın kürəyi inanılmaz dərəcədə  günəş yanıqlarıyla əhatələnib. Bir də kürəyində sarı rəngdə  şarcıqlar yaranıb. Bir tərəfdə dözülməz ağrılar, digər tərəfdə də hər an partlayacaq kimi görünən su yığılan yaralar və yanıqlar balaca uşağın həyatımı məhv edib. Adı açıqlanmayan 7 yaşlı oğlanın başına gələn hadisənin səbəbi isə körpələr evindəki baxıcısı tərəfindən qoruyucu krem sürtülmədən saatlarla çöldə öz başına buraxılmasıdır. 7 yaşlı uşaqla birlikdə 5 yaşındakı kiçik qardaşı da günəş yanıqları səbəbiylə Texasda xüsusi bir uşaq xəstəxanasında müalicə olunur. Uşaqların bibisi tərəfindən Facebook hesabından paylaşılan fotoşəkildə 5 və 7 yaşlarındakı qardaşların ağrılılar çəkdiyi ifadə edilir və ailələrin günəşə qarşı daha diqqətli davranmalarına diqqət çəkilir.