Ailə problemlərinə görə özünü dənizə atdı - BULVARDA




Bakıda 54 yaşlı kişi intihara cəhd edib. Lent.az-ın məlumatına görə, Astara rayon sakini, 1961-ci il təvəllüdlü  Əzizov Əbdül Taryel oğlu Dənizkənarı Milli Park ərazisində özünü dənizə atıb. Hadisə şahidlərinin müraciətindən sonra olay yerinə FHN-in xilasediciləri cəlb edilib və 54 yaşlı kişi sudan çıxarılıb.
İlkin araşdırma nəticəsində məlum olub ki, Ə.Əzizov ailə problemləri səbəbindən həyatına qəsd edib.
Araşdırmalar davam etdirilir.