72 saatlıq oturaq piketi: İrəvan polisi aksiya keçirməyə imkan vermir






İrəvan polisi elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan "Qalx, Ermənistan” hərəkatının Respublika meydanında 72 saatlıq oturaq piket keçirməyə mane olmağa çalışır. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları canlı sədd yaradaraq etirazçılara meydana doğru irəliləməyə imkan vermirlər.
İrəvan polis rəisinin müavini Valeri Osipyanın sözlərinə görə, aksiya təşkilatçıları "özlərinə diqqəti cəlb etmək üçün asayiş keşikçiləri ilə qarşıdurma yaratmağa cəhd edirlər”
Hazırda aksiya iştirakçıları nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradaraq "Ermənistan-Mariott” oteli qarşısında piyada keçidi üzərində nümayişkaranə gəzişirlər.