Tibb möcüzəsi "Ürək qutusu"





İngiltərədə 26 yaşlı gənc bir adama ölü bir bədəndən alınan ürək nəql edildi. Tibb dünyası üçün möcüzə olan isə Ürək Qutusu" adı verilən cihaz oldu.

Keçən il ilk dəfə Avstraliyada bir xəstəyə tətbiq olunan üsul bu dəfə Lee Helli həyata bağladı. Tibb dünyasının möcüzə olaraq xarakterizə etdiyi ürək nəqli üçün beyin ölümü reallaşmış, ancaq ürəyi hələ işlək vəziyyətdə olan bir "hədiyyə" lazımdır.
Alınan ürək söz mövzusu "Ürək Qutusu"na bağlanaraq 8 saata qədər canlı qala bilir. Avstraliyadan sonra İngiltərədə də işə yarayan "Ürək Qutusu"nun necə çalışdığı və bir ürəyi necə atdırdığı bütün dünyaya bir video ilə göstərildi.
Londonda yaşayan bir uşaq atası Lee Hell 14 yaşında lösemi xəstəsi olduğu üçün gördüyü kimyaterapiya müalicəsindən sonra ürəyində ilk problemləri yaşamağa başlamışdı. Ardından 20 yaşında mexaniki ürəyə bağlanan Hellin yenidən problem yaşamağa başlayınca mexaniki ürəyi də çalışmaz hala gəlmişdi. Ancaq keçən iyun ayında Lee Hellə bir donordan alınan ürək nəqli olunduqdan sonra o həyata yenidən döndü.

ÜRƏK QUTUSU NECƏ İŞLƏYİR?

Möcüzəvi alətin çalışması isə belədir: Cihaza adamın qanı doldurulduqdan sonra ölən adamın ürəyi də cihaza yerləşdirilir. Ürək yavaş- yavaş isidilərkən ölən adamın qanı ilə birlikdə qoruyucu maye verilir. Ardından cihaz ürəyi işlədir. Bu əməliyyat tam 4 saat davam edir və ardında ürək nəqli reallaşdırılır. Cihaz 8 saata qədər ürəyi canlı saxlaya bilir.