Azərbaycanda 3 nəfər boğularaq ölüb




Şəki rayon sakini bədbəxt hadisənin qurbanı olub. Lent.az xəbər verir ki, avqustun 31-də Şəki rayon sakini Tehran Rəfiyev Sumqayıt şəhərinin dəniz çimərliyində çimərkən suda boğulub. Oxşar hadisə Salyan rayonunda da baş verib. Boranıkənd kənd sakini, azyaşlı Lazım Rzayev ehtiyatsızlıqdan Akkuşa çayına düşərək boğulub.
Digər hadisə isə avqustun 30-da baş verib. Goranboy rayon sakini Elnur Yusifov ehtiyatsızlığı nəticəsində Yevlax rayonunun Aran qəsəbəsindəki Yuxarı Qarabağ kanalına yıxılıb.
Onun meyiti avqustun 31-də sudan çıxarılıb.