Ayaqlarından asıb yandırdılar

Yenə IŞİD, yenə insanın qanını donduran vəhşilik...

Kosovalı IŞİD komandiri Lavdrim Muhaceri, İraqın Anbar vilayətində 4 İraq əsilli şiə əsgəri ayaqlarından asaraq diri- diri yandırdıqlarını bildirdi. Bu hadisənin fotoşəkillərini günortan saatlarında, ictimai media vasitəsiylə yaydı.

Lavdrim Muhaceri, atdığı twitte yandırılıb öldürülən 4 şiə İraq əsgərinin, bir neçə ay əvvəl IŞİD-ə qoşulduqlarını və davamlı xəbərçilik etdiklərini vurğuladı.
Muhaceri, IŞİD-ə qarşı olanların sonunun belə olacağını da yazdı. Kosova mətbuatı bu xəbəri başlıqdan verdi.