Ermənilər Tərtərdə toy çadırını atəşə tutdu

Ermənistan tərəfi açdığı atəş nəticəsində 3 kənd sakini yaralanıb





Tərtərin Qapanlı kəndində toy çadırı Ermənistan Silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Hadisə dünən saat 13:48-də geydə alınınıb. Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan onları Tərtər rayon mərkəzi xəstəxanası qəbul etməyib.
Tərtərdə Ermənistan Silahlı qüvvələri tərəfindən atəşə tutulan toy çadırında yaralananların adları bəlli olub. Bunlar kənd sakinləri 1962-ci il təvəllüdlü Müşkinaz Əliyeva, 1968-ci il təvəllüdlü
Mədinə Əhmədova və 2013-cü il təvəllüdlü Zəhra Əhmədovadır. Az yaşlının xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərilikdən sonra evə buraxılıb.
47 yaşlı Mədinə Əhmədova qolundan güllə yarası alıb onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Müşkinaz Əliyeva vəziyyəti isə ağırdır. O Bərdə mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Erməni silahlı bölmələrinin toy mağarını atəşə tutmasının təfərrüatları məlum olub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən günorta saatlarında kənd sakini Bahadır Süleymanovun övladının toy məclisində baş verib.
Toy şənliyində iştirak edən iki bacı və onların nəvələri güllə yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Güllə ilk olaraq 53 yaşlı kənd sakini Müşkünaz Əliyevanın sol qoluna dəyib. Sonra isə bacısı 47 yaşlı Mədinə Əhmədovanı qarın nahiyəsindən yaralayıb. Həmin vaxt Mədinə Əhmədovanın qucağında əyləşən nəvəsi Zəhra Əhmədova boyun nahiyəsindən yaralanıb.
Körpə qızcığazın yarası yüngül olduğundan, ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər yaralılar isə hələ də həkim nəzarətindədir. Həkimlər yaralıların həyati təhlükəsinin olmadığını deyir.
Hadisə baş verən zaman toy mağarında çal-çağır olduğundan atəş səsləri eşidilməyib.
Hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Eyni zamanda cəbhənin həmin istiqamətində xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçiləri də hadisə yerinə baş çəkiblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycan Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin Azərbaycanın mülki şəxslərini atəşə tutmasına münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsi və nəticələrinə görə məsuliyyət tam olaraq Ermənistan hakimiyyətinin üzərinə düşür.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə qarşı adekvat tədbirlər görəcək və onun bu hərəkəti cavabsız qalmayacaq.
Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı xəbərlərə münasibət bildirən Müdafiə Nazirliyi bəyan edib ki, Silahlı Qüvvələrimiz düşmən tərəfinin yaşayış məntəqələrini, mülki obyektlərini, dinc əhalini heç vaxt atəşə tutmayıb və bu haqda yayılan məlumatlar yalandan başqa bir şey deyil.