Ailəsi dəfn mərasiminə hazırlaşdı

“Eqzamaya yaxşı təsir edir” deyə yuyucu tozunun suyunda yuyundu, bu hala düşdü



"Daily Mail”in xəbərinə görə, Sidneyli 29 yaşlı Sarah Cole, eqzama şikayətiylə bir mütəxəssislə məsləhətləşdi. Mütəxəssis Saraha yuyucu tozunun suyu ilə dolu ləyəndə yuyunmasını təklif etdi.

Ləyəni suyla dolduran və içinə 1 stəkan yuyucu tozu əlavə edən Sarah, bu suyla yuyundu. Bu hərəkəti sonrasında bədəninin 98 faizinin yandığı və xəstəxanaya yatırdıldığı ifadə edildi. 1 ay xəstəxanada qalan və uzun bir müddət reanimasiyada yatan qadının bədəni qorxunc yaralarla örtüldü. Bu müddət ərzində ailəsinin dəfn mərasiminə hazırlaşdığı ifadə edildi. Xəstəxanadan buraxılan qadının hadisənin şokunu hələ sovuşdura bilmədiyi ifadə edildi.