Aktyor Liam Neeson müsəlman olmağı düşünür




İrlandiyalı məşhur aktyor Liam Neeson, "The Sun" qəzetinə verdiyi xüsusi bir reportajda İstanbula ziyarəti zamanı İslam dinindən çox təsirləndiyini vurğuladı..."İslam dininin insanı özünə çəkən bir xüsusiyyəti var, müsəlmanların dua şəkli sizin ruhunuza xitab edir" şərhi verən Liam Neeson "Ona heç bir problem olmadan sarıla bilərəm" deyib. İrlandialı aktyor, "Gündə beş dəfə dua etməniz üçün azan oxunur, ilk həftə vərdiş etmədiyinizdən bu vəziyyət sizi dəliyə çevirə bilər, ancaq qısa müddətdə azan səsi ruhunuzun dərinliklərinə girməyə bacardığında dünyanın ən gözəl şeyi olduğunu fərqinə varırsınız " sözlərini əlavə edib. İstanbulda 4 mindən çox məscid olduğunu xatırladan Liam Neeson, bəzilərinin sizi çaşqınlığa çevirəcək səviyyədə gözəllik daşıdığını, bunun belə İslam dinini seçməsi üçün kafi olacağını söylədi. 62 yaşında olan Neeson bir katolik kimi öyrədildiyini də xatırladaraq hər vaxt öz- özünə bu dünyaya nə etmək üçün gəldiyinin sualını yönəldiyini ifadə edib. Məşhur İrlandiyalı aktyor Liam Neeson, "The Sun"dakı reportajında tanrının varlığı və ateizm ilə əlaqədar davamlı kitablar  oxuduğunu da etiraf edib...