"Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunub. Son parlament seçkiləri xalqımızın iradəsini əks etdirir”.
Azərbaycan prezidenti İlham Əliyev bunu dünən Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident İlham Əliyev bildirib ki, Milli Məclisə seçkilər şəffaf və ədalətli keçirilib: "Ölkədə inkişafı əngəlləyən amillər, o cümlədən korrupsiya halları aradan qaldırılmalıdır. Buna nail olmaq üçün isə güclü siyasi iradə və ictimai dəstək var”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Bunun təşəbbüskarı ulu öndər Heydər Əliyevdir. "Məhkəmələrin faliyyəti bu məsələdə mühüm rol oynayır. Məhkəmələrə daxil olan şikayətlər getdikcə azalır. Gələcək islahatlar nəticəsində məhkəmə sistemində maksimum olunması vacibdir”. Prezident İlham Əliyev qeyd edib ki, yeni tikilən bütün məhkəmə komplekslərində elektron sistem qurulub. Məhkəmə sistemində qərəzli yanaşma yolverilməzdir, korrupsiyaya qarşı mübarizə aparılması əhəmiyyətlidir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək”.
Dövlət başçısı qeyd edib ki, son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxıb: "Bu hallara yol verən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılıb. Heç kim toxunulmaz deyil”.