"Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır”.
Bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, son zamanlarda Azərbaycanda oğlan uşaqlarına daha çox "Əli”, "Həsən”, "Hüseyn”, qız uşaqlarına isə "Fatimə”, "Zeynəb” adları verilir: "Hətta bir vətəndaş bizə müraciət etmişdi ki, qızımın adını "Seyid Zeynəb” qoymaq istəyir. Deyirdi ki, dindar adamdır, istəyir, uşağının adı "Seyid Zeynəb” olsun. Nəhayət uşağın adı "Zeynəb” şəklində qaldı”.
S. Sadıqova qeyd edib ki, uşaqlara verilən tarixi, müasir adların içərisində dinlə bağlı adların xüsusi çəkisi var: "Dinlə bağlı adlar artıq bizim dilimizdə oturuşub. Bu gün dinlə bağlı adlar uşaqlara həddindən çox qoyulur. 1000 nəfər oğlan uşağından 500-ə "Əli” adı verilir”.