8 saat əməliyyat: İraqlı qız yeni üzünə Türkiyədə qovuşdu






Xalq arasında "aslan üz” kimi bilinən hipertelorizm xəstəsi olan iraqlı uşaq, yeni üzünə Türkiyədə qovuşub.
Hipertelorizm- yəni ayrı göz, aslan burnu, kəllə, alın və üz anomaliyası ilə İraq Səhiyyə Nazirliyi tərəfindən Türkiyəyə sövq edilən 5 yaşlı Batıran Abbas Seedin əməliyyatı 8 saat davam edib.

Bir müddət əvvəl, 2012-ci ildə də əməliyyat keçirən Batıranı, İraqdakı həkimlər təkrar Türkiyəyə göndərdi. Anomaliyanı düzəltmək məqsədiylə aparılan 8 saatlıq çətin əməliyyat Medicana xəstəxanasında gerçəkləşdirilib.

Bu xəstəliyə çox nadir hallarda rast gəlindiyini ifadə edən beyin və sinir cərrahı Prof. Dr. Hidayət Akdemir, "Hipertelorizm xəstəmizin hazırlıqları edildikdən sonra Prof. Dr. Necmettin Müqəddəs, Op. Dr. Türker Qurunçu, Aneztezist Dr. Şənər Dəmir və mənim qatıldığım 8 saatlıq uzun bir əməliyyatla uşağın ayrı hissəsini 360 dərəcə kəsərək hər iki göz kürəsini bir-birinə yaxınlaşdırdıq. Təkrar gözəl bir burun və alın düzəldildi. Kəllə sümükləri təkrar şəkilləndirildi. Bu əməliyyat nadir hallarda aparılan əməliyyatlardan birdir. Türkiyədə belə əməliyyatlar aparıldığından başqa dövlətlərdən xəstələr xəstəxanamıza göndərilir. Kosmetik nəticələrin görünməsi hələ tez olmasına baxmayaraq, əvvəlki görüntülərinə baxanda çox əhəmiyyətli bir inkişaf olduğunu görürük. Biz Batırana bir əməliyyatla yeni bir üz, yeni bir göz, yeni bir alın, yeni bir kəllə düzəltdik " deyə bildirib.

Əvvəl reallaşan əməliyyatın yaxşı nəticə vermədiyini ifadə edən Plastik və Rekonstrüktif cərrah Prof. Dr. Necmettin Müqəddəs də, "Bir iraqlı övladımızdır. Doğuşdan hər iki gözünün bir-birindən uzaq olması və alınının geniş olması səbəbiylə bizim tibbdə orbital hipertelorizm dediyimiz diaqnozu ilə gəldi. 2012-ci ildə də Türkiyəyə göndərilmişdi. Ancaq bu əməliyyatın nəticəsində qənaətbəxş bir nəticə ortaya çıxmamışdı. Bu səbəblə İraq Səhiyyə Nazirliyi bu dəfə onu bizim xəstəxanamıza göndərmişdi. Biz qrup olaraq bu əməliyyatı reallaşdırdıq” deyib. Uşağın anası isə əməliyyatın çox uğurlu keçdiyini və uşağın üzünün şəklinin dəyişdiyini söyləyib.