Sivilizasiyadan uzaq - meşədə yaşayan Langın hekayəsi heyrət doğurur - FOTOLAR

Meymunlar da daxil olmaqla cəngəllikdə tapdıqlarını yeyən bir Vyetnamlı Langın hekayəsi eşidənləri heyrətə gətirib.
 
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, onun atası Ho Van Thanh təxminən 50 il əvvəl Vyetnam müharibəsindən qaçaraq, ailəsi ilə birlikdə meşədə gizlənib. Və 41 il sivilizasiyadan uzaq yaşayıblar. Buna səbəb isə Vanın Vyetnam müharibəsinin bitdiyinə inanmaması olub. Lang və ailəsi həyatda yaşamağa uyğunlaşmaq məcburiyyətində qaldıqları üçün meşədə ovçuluqla məşğul olublar.



Onlar illərlə meşədə meyvə və qarğıdalı, o cümlədən vəhşi heyvanların əti  ilə qidalanıblar. Langın əsas sevimli yeməyi siçan başıdır. Yaşayış yerləri isə bir ağac üstündə olub. Lang bugünədək bir neçə kəlmə də olsun danışa bilmir. Gerçək həyatda olan “Tarzan” sivilizasiyadan uzaq bir meşədə yaşadığı üçün indiyədək qadınların mövcud olduğunu da bilməyib. 



2015-ci ildən ailəni izləyən Alvaro Cerezo deyib ki, Lang uzaqdan insanları görəndə həmişə qaçırdı. Cerezo bildirib ki, daha  təəccüblü olan budur ki, Lang bu gün qadınla kişini ayırd edə bilsə də, yenə də aralarındakı əsas fərqi bilmir: "Mən təsdiqləyə bilərəm ki, Lang heç vaxt minimal cinsi istəkdə olmayıb və onun reproduktiv instinkti heç vaxt bir çox cəhətdən yüksək olmayıb. Həyatımda tanış olduğum ən sevimli insandır, sadəcə nəyin yaxşı və nəyin pis olduğunu bilmir."