Tarixdə ilk dəfə...


Vəba xəstəliyindən ölən insanın kəllə sümüyü tapılıb

Alman tədqiqat qrupu 5000 il əvvəl yaşamış bir insanın kəllə sümüyünü aşkarlayıb. 
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, aparılmış elmi tədqiqat nəticəsində həmin şəxsin ovçu olduğu müəyyənləşib. Ən maraqlısı isə odur ki, bu şəxs tarixdə ilk dəfə vəba xəstəliyindən ölən insan olub. Belə ki, insan qalıqlarından alınan DNT-də  vəbaya səbəb olan Yersinia pestis (mənfi bakteriyaların bir növü) bakteriyası aşkarlanıb. Tədqiqatçılar bakteriya genomunu yenidən quraraq, digər qədim növlərlə müqayisə etdikdən sonra nümunədəki bakteriyaların ən qədim növ olduğunu müəyyənləşdiriblər. Sözügedən vəba  Avropa əhalisinin yarısını öldürüb. "Cell Reports" jurnalında dərc olunan genetik analiz hesabatında sözügedən virusun qədim növlərinin yayılma riskinin az olduğu və ölümcül bir təsirə səbəb olmadığı ortaya çıxıb. 
Dr. Ben Krause açıqlamasında bildirib ki, bu yenilik Qədim Misirdə daha erkən bir infeksiyanın mövcudluğuna dair olan məlumatları tamamilə təkzib edib. Çünki bundan əvvəlki tədqiqatlar zamanı ən qədim infeksiyanın təxminən 2000 il bundan əvvələ aid olduğu güman edilirdi.
Qeyd edək ki, Latviyada qazıntı sahəsində tapılan şəxsin 21 ilə 30 yaş arasında olduğu düşünülür.